Erşat Salihi “İraq Türkmən Layihəsi”ni bəyan elədi

 

İraq Türkmən Cəbhəsinin lideri Erşat Salihi İraq Türkmən Layihəsini bəyan edib.

Tədbirdə iştirak edən İraqın səlahiyyətli hökumət və məclis sədrləri və BMT-nin İraqdakı xüsusi nümayəndəsi Jan Kubisin çıxışından sonra Türkməneli lideri və İraq Türkmən Cəbhəsinin başçısı Erşat Salihi layihənin detallarını açıqlayıb.

Salihi açılış çıxışının əvvəlində türk dilində danışaraq deyib: “Türkmənelindən gələn bütün xalqımızı salamlayıram, ürəyim istəyərdi ki, bu gün türk dilində danışam, lakin protokol naminə və buradakı xarici nümayəndələrimiz üçün bu, mümkün olmayacaq. İnşaallah, gələcəkdə türkmən dili rəsmi status qazanandan sonra bu da mümkün olar”.

İraq Türkmeneli bölgəsi
 

Erşat Salihi, Türkmən Layihəsinin maddələrini belə açıqlayıb:

1. İrak Türkməneli Bölgəsi Telaferdən başlayıb Mendelidə bitən Türkmən xəritəsidir. Bu xəritənin üzərində böyük oyunların olması nəticəsində və bu bölgənin kürd bölgəsinə ilhaq edilməməsi üçün Türkmən Şuramız Kərkükün özü özünü idarə edən özəl bir status alması qərarını verib.

2. Telafer şəhəri üzərində oynanılan böyük oyunları boşa çıxarmaq üçün Telafer köçkünlərinin dərhal öz yerlərinə geri qayıtması təmin ediləcək və PKK və PYD-nin hədəfi olan Telaferin başqa dövlətlərin (Suriya) sərhədinə qatılmaması üçün İraq türkmənləri olaraq Telaferin rayon olmasını tələb edirik.

3. Tuzhurmatu üzərində oynanılan oyunlar nəticəsində və digər terror qruplarının bölgədə barındırılmaması üçün Türkmənlərin Tuzhurmatu bölgəsinin rayon olmasına qərar verilib.

4. Şimali İraq Regional Kürd İdarəsindəki türkmənlərlə bağlı tələb edirik ki, türkmənlər idarəçilikdə rəhbər müavini statusu kimi üst səviyyədə mövqe tutsunlar. Şimali İraq Hakimiyyətinin, öz tabeliyində olan türkmən coğrafiyasındakı Kifri, Halekin, Erbil türkmənlərinin mədəni, sosial fəaliyyətlərinə ciddi bir şəkildə dəstək vermələri gərəkdir.

5. Bundan savayı, Türkmən bölgələrində olan şəhid ailələrinin və qazilərin mərkəzi hökumət tərəfindən qanuni haqq və hüquqlarının təmin edilməsi,

6. Səddamın dövründə ərazilərini itirən türkmənlərin ərazilərinin geri qaytarılması,

7. Türkmən hərbi qüvvələrinin hərbi ləvazimatının dərhal qanuniləşdirilməsi, Türkməneli bölgəsinin artıq onlar tərəfindən qorunması tələb edilib.

8. Türkmənlərin haqqı olan neft və qaz gəlir hüquqlarının bərabər şəkildə paylanması, türkmən kəndlərinin təcili şəkildə abadlaşdırılması.

 

Hurriyyet.org

 

09:27