Ermənistanı ipdən kim və nə qurtara bilər? - politoloqlar danışır

İsterika içində olan işğalçıları və Paşinyanı Azərbaycanın mərhəməti xilas edə bilərdisə, o da gecdir: “Zəng etmədiyi adam qalmayıb...”

Ermənistan başı gilyotinə qoyulmuş, yaxud dar ağacına çəkilmiş, asılmaqda olan, amma onu ipdən xilas edəcək canlı ölüyə oxşayır.  Düşmən işğal etdiyi ərazilərimizdən, Prezidentin dediyi kimi, iti qovan kimi qovulur. Özünü sağa-sola çırpan, isterika içində olan Ermənistan və hakimiyyəti az qala harakiri edəcək vəziyyətdədir.

Ona hamilik edən güclərə yalvarışları, “taktiki olaraq geri çəkilirik” açıqlaması belə işinə yaramır. Çünki atəşkəs üçün bir şərt var, ikincisi yoxdur - Qarabağdan separatçılar və Ermənistan silahlı qüvvələri çıxsınlar. Buna əməl etmədikcə, Paşinyan iqtidarını, Qarabağdakı qondarma rejimi nələrin gözlədiyi məlumdur. Onlar bəlkə də özlərini yuxuda hiss edirlər. Çünki 27 il işğal etdikləri torpaqlarımızda  arxayın oturmuşdular və bu günü gözləmirdilər. İndi isə düşmən qaçır, silahı, texnikanı atır, döyüş bayrağını belə özü ilə götürmür və buyurun, Xankəndindəki ermənilər panikada, azad edilmiş Cəbrayılda ilk azan səsi eşidilib və Ermənistan atəşkəs şərtlərinə əməl etməyənədək bu antiterror, ək-hücum əməliyyatları davam edəcək. Amma Ermənistanı və rəhbərliyini intihar ipindən qurtaracaq qüvvə belə yoxdur. Güvəndiyi Rusiya və Fransadır ki, Azərbaycan həmin ölkələrə də, bütün dünyaya da atəşkəs şərtlərini açıqlayıb. Hətta nüfuzlu “The New YorkTimes” qəzetində Endrü Hiqinzin məqaləsi belə adlanır - “Azərbaycanla münaqişə qızışır, Ermənistan lideri ABŞ-a yalvarır”.

Qabil Hüseynli: “Siyasi Büronun bütün məxfi stenoqramlarını oxuyurdum” -  BRİFİNQ

Qabil Hüseynli

Siyasi analitik Qabil Hüseynlinin Xudaferin.eu“Yeni Müsavat”a istinadən bildirdiyinə görə, Ermənistan bu vəziyyətdən çıxmaq üçün Azərbaycanın təkliflərini qəbul etməlidir: “Prezident İlham Əliyev qeyd edir ki, Paşinyan Qarabağın bizim olduğunu etiraf etməlidir, xüsusi cədvəl üzrə proses başlanır, protokola imza atılır və torpaqlardan çıxırlar. Bundan sonra atəşkəs imzalanır. Amma Paşinyan çox ümidsiz vəziyyətdədir. Onun yeri gəldi-gəlmədi təhdidedici fikirləri, danışıqlara getməməsi prosesə ağır zərbə vurub. Ona görə Azərbaycan hərb yolunu seçdi. Daha doğrusu, buna da Ermənistan məcbur etdi. Mülki əhaliyə atəş açılması, Tovuzdan təxribatlar bizi məcbur elədi”.

Ekspertin fikrincə, Paşinyan başını itirmişdi: “Parlamenti Şuşaya köçürməyə hazırlaşırdı, inaqurasiya keçirirdi, yallı gedirdi. O qədər Azərbaycanın qüruru ilə oynadılar və cavabını verdik. Bu gün Ermənistanda ona qarşı güclü müxalifət var və mitinqlərə hazırlıq gedir, ayın 17-də nümayişlər gözlənilir. Əgər Paşinyanı Azərbaycanın mərhəməti xilas edə bilərdisə, o da gecdir. O, sürətlə üzüaşağı gedir və bitmiş adam hesab etmək olar”.

Tofiq Abbasov: “AŞPA-da ikili standartlar tətbiq olunur”

Tofiq Abbasov

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistanı bu şəraitdə ağıl xilas edə bilər. Onun fikrincə, düşmən ölkə elə bir vəziyyətə düşəcək ki, bu gününə şükür edəcək: “Bu bizim arzu-istəyimizlə deyil, gedən proseslər belə deməyə əsas yaradr. Ermənistan uçurum yolundadır və sürətlə irəliləyir. Amma Paşinyan bu yolu görmür və elə bilir ki, böyük qazancı var”.

Ekspert deyir ki, bəzi dövlətlərin mürtəce dairələrinin Ermənistanı dəstəkləməsi də bu ölkəni edam kürsüsündən qurtara bilmir: “Onlara elə gəlir ki, guya qondarma rejimin qondarma ordusu bizimlə mübarizə aparır, bizi ağır vəziyyətə salır, tamamilə cəfəngiyyatdır. Heç bir psixoloji təsir edə bilmirlər. Onları xilas edəcək yeganə səbəb ağıl ola bilər”.

T.Abbasov əlavə etdi ki, Paşinyanın zəng etmədiyi adam qalmayıb: “Putinə 5 dəfə zəng edib və bu məlumatlar feyk deyil. Paşinyan Köçəryanın həbsi ilə bağlı Putinə demişdi ki, daxili işimizdir. Rusiya prezidenti də indi cavab verir ki, onda bu hadisələr də sənin daxili işindir, niyə mənə müraciət edirsən?  Daha sonra Fransa prezidenti Makronu yığır, axı o kimdir? Bu gün imic itkilərindən bezar olmuş siyasətçidir və Fransadakı ermənilərdən elektoral vəziyyət düzəltmək istəyir. Amma anlamır ki, Makronun əsas mübarizə xətti Qafqazdan keçmir, Fransadan, Avropadakı antiqlobalistlərdən, ”sarı jilet"lilərin təpərindən keçir. Eyni zamanda Fransanın Azərbaycanla neft-qaz, kimya sənayesində təmsilçiliyi var, ölkəmizə investisiya qoyurlar.

Makronda ağıl olsaydı bunları düşünərdi və Ermənistanı dağ başına qoymazdı. Ona görə bizə qarşı olan qüvvələrin kimliyini aydın şəkildə görürük və heç bir güc Azərbaycanı öz haqq işindən döndərə bilməz".

Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, Ermənistan tərəfi bu vəziyyətdə atəşkəsə nail olmaq istəyir: “Onlar təcili atəşkəs istəyir ki, vaxt udsunlar, döyüş soyusun, işğal edilmiş ərazilərimizdə möhkəmlənsinlər. Paşinyan həm də daxildə itirdiyi müvazinətini saxlamaq üçün zaman qazanmağa çalışır. Ona görə hər yerə əl atır, zəng edir, ağız açır ki, bizə təzyiq göstərilsin, atəşkəsə nail olsun. Ermənistan indi buna ümid edir. Çünki nə ordusu, nə Qarabağdakı separatçılar qarşımızda duruş gətirə bilir. Odur ki, bütün siyasi basqılara rəğmən, geri dönüş mümkün deyil, ordumuz sona qədər zəfər çalmalı, terrorçular yurd-yuvamızdan çıxmalıdır. Onda Ermənistan da xilas olacaq, atəşkəs imzalanacaq”.

Qeyd edək ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb. Bundan başqa, 63 mülki obyekt və 376 yaşayış evi yararsız hala düşüb.

xudaferin.eu

10:49