Ermənistan yenidən qarşıdurmalar astanasında

Yerevanda - Respublika meydanında etiraz aksiyalarına start verilib.

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, etirazçılar gur musiqi altında rəqs edirlər. 

Onların bəziləri yolun hərəkət hissəsinə çıxıblar. Polislər etirazçılara mane olmayıb. Yolda hərəkət edən maşınlar isə siqnallarla onlara dəstəklərini nümayiş etdiriblər. 

Etirazçılar Aboyan və Tirqan Metsa küçələrini bağlayıblar. 

Mitinqdə müxalifət lideri Nikol Paşinyan baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Karapetyanı etirazçıların şərtləri altında danışıqlara qayıtmağa çağırıb.

Nümayişçilər “Respublika” partiyasından olmayan yeni baş nazirin təyin olunmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. 

Qeyd edək ki, Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla bu gün saat 11:00-a təyin edilən görüşdən imtina edib.

Xudaferin.eu

16:40