Ermənistan silahlı qüvvələrinin daha iki tankı məhv edilib

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı daha bir videoda isə düşmən tanklarının məhv edilməsinə dair görüntülər nümayiş olunub.

xudaferin.eu
 

09:28