Ermənistan silah alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək

Ermənistan yeni silahların alışı ilə bağlı Rusiya ilə dialoqu davam etdirəcək.

Xudaferin.eu xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib. 

“Bir sıra məsələlər üzrə müqavilələr vaxtından əvvəl reallaşdırılır və bu, sevindirici haldır. Biz Rusiya ilə silah alışı ilə bağlı dialoqu davam etdirəcəyik. KTMT çərçivəsində bizim silahları Rusiya ordusunun daxili qiymətlər ilə aldığımız və güzəştli kreditlərin olması nəzərə alınsa, təbii ki, belə əməkdaşlığın potensialı artır. Biz bunda maraqlıyıq”, - nazir bəyan edib. 

Xudaferin.eu 

15:35