“Ermənistan müharibəyə hazırlaşır” iddiasına üç fərqli baxış

Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması ilə eyni vaxtda işğalçı ölkənin baş naziri Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağa səfər edib. Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla birlikdə döyüş mövqelərində olub, erməni generallarla görüşüb. Ermənistanın adıçəkilən qanuna dəyişiklik etməyə hazırlaşması və Paşinyanın Qarabağda döyüş mövqelərində olub generalları toplaması düşmənin müharibəyə hazırlaşmasıdırmı? Qarabağda genişmiqyaslı döyüşlər gözlənilirmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, bu iki məsələ işğalçı ölkənin hərtərəfli müharibəyə hazırlaşmasının göstəricisidir: “Düşmən hərtərəfli şəkildə müharibəyə hazırlaşır. Rusiyadan əlavə silah alır, Rusiyaya arxalandığını açıq şəkildə göstərir. Paşinyan Dağlıq Qarabağa səfər edir, hərbi hissələrdə olur, hərbi müşavirə keçirirlər.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

 

Akif Nağı: “İki məsələ işğalçı ölkənin hərtərəfli müharibəyə hazırlaşmasının göstəricisidir”

Müharibəyə hazırlaşdıqlarını gizlətmirlər. Biz də Türkiyəyə arxalandığımızı aydın şəkildə ortaya qoymalı, müharibəyə başlamalıyıq. Türkiyə konkret mövqe nümayış etdirir, münaqişədə tərəf olduğunu, Azərbaycanın yanında olduğunu deyir. Biz də artıq sözümüzü deməliyik. Əminəm ki, Azərbaycan müharibəyə hazırdır və Türkiyənin dəstəyi ilə əməliyyatlara başlayıb, qalib gələcək”.

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, Paşinyanın işğal altındakı Azərbaycan ərazilərində olan Ermənistan hərbi bölmələrinə baş çəkməsini, eyni zamanda Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklərin edilməsi məsələsinin ortaya çıxmasını zəruri edən səbəblər var: “Bu səbəblər ondan ibarətdir ki, faktiki olaraq Ermənistanda ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizam yoxdur və Ermənistanın əl atdığı sonuncu təxribatlarda bir daha aydın oldu ki, bu ordu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək  olar. Ancaq bu mümkün deyil.  Bununla belə,  əslində məsələnin başqa tərəfləri də var. Diqqətlə təhlil etdikdə aydın olur ki, könüllülərin orduya cəlb olunmasında tək məqsəd, sadəcə, ordunun gücləndirilməsi deyil. Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa  çalışır. Dağlıq Qarabağdakı hərbi birliklərə şəxsən baş çəkməsində də məqsəd müharibə hazırlıqları ilə yanaşı ordu daxilində özünə dəstək qazanmaq istəyidir. Çünki onun siyasi rəqibləri  bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə etmiş  şəxslərdir ki, Sərkisyan da, Köçəryan da bu şəkildə eyni keçmişə malik idilər. Beləliklə, orduda, onun hərbi elitasında  onların müəyyən nüfuzu var. İkinci məsələ ondan ibarətdir ki, bu proses adı altında, yəni könüllülər adı altında Ermənistan öz işğalçı ordusuna muzdluları və terroristləri cəlb etmək niyyəti güdür ki, bu da əslində onsuz da terrorçu olan orduya yeni terroristlərin qazandırılması siyasətidir.

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc  mərkəzlərinin siyasi layihəsidir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Hikmət Babaoğlu: “Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa  çalışır”

Əsas məsələlərdən digəri  isə  orduda yeni güc mərkəzi yaratmaqla  Paşinyana qarşı  mümkün iğtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır. Amma bu formada şübhəsiz ki, ordunu gücləndirmək olmaz. Çünki insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə, əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də  iflic vəziyyətə salıbdır. Bu problemi həll etmək zərurətindən irəli gələn axtarışlar zamanı  bir müddət əvvəl müxtəlif ideyalar ortaya atılmağa başlandı.  Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbəttə ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil.  Bütün bunlar, sadəcə, ətrafında bütün həlqələrin daraldığını hiss edən Ermənistanın uğursuz çırpınışlarıdır. Şübhəsiz ki bunlar heç bir halda Ermənistan ordusunu güclü etməyəcəkdir və Azərbaycan öz güclü ordusuyla ən qısa zamanda  ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

 

Tofiq Zülfüqarov: “Ermənistan Rusiyanın bu müharibədə ona lazımi səviyyədə köməklik göstərəcəyinə inanmır”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, baş verənlər Ermənistanın birmənalı olaraq münaqişənin danışıqlar yolu ilə həllini istəmədiyini və açıq-aşkar müharibəyə hazırlaşdığını göstərir: “Son hadisələr və Paşinyanın Dağlıq Qarabağa növbəti səfəri faktiki olaraq Ermənistanın lokal müharibəyə hazırlaşdığını göstərir. Çünki səfər zamanı Nikol Paşinyan separatçı ”lider" Araik Arutyunyanla birlikdə Qarabağda yerləşən döyüş mövqelərində olub, daha sonra isə hərbçilərin yaşayış şəraiti ilə maraqlanıb və əsgərlərlə söhbət edib. Göründüyü kimi, Paşinyanın işğal edilmiş torpaqlara budəfəki səfəri tam mənasında hərbi məsələlərə həsr olunub. Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması da qaçılmaz müharibənin mesajlarını verir. Rəsmi İrəvan bir yandan mülki vətəndaşlar hesabına ordusunun say tərkibini arırır, digər tərəfdən isə işğal olunmuş torpaqlarda son vəziyyətlə tanış olur. Bununla belə, Ermənistan Rusiyanın bu müharibədə ona lazımi səviyyədə köməklik göstərəcəyinə inanmır".

T.Zülfüqarov qeyd edib ki, istənilən halda, Ermənistanın müharibə hazırlıqlarına adekvat cavab verilməlidir: “Həm diplomatik, həm də hərbi yolla düşmənə vaxtında və layiqli cavab vermək lazımdır”.

xudaferin.eu

 

 

 

 

09:55