Ermənilərin birdən-birə kilsə hay-küyü qaldırmasının arxasındakı səbəblər - TƏHLİL

Noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Söhbət zamanı Putin Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian məbədləri və monastırların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib. Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.

Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

Media və sosial şəbəkələrdə Ruysiya prezidenti qarşısında bu məsələnin Ermənistan baş naziri tərəfindən qaldırıldığını, Putinin isə bunu Azərbaycan prezidentinə çatdırdığı haqda məlumatlar yayıldı.

İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub | Report.az

Bu da növbəti erməni provokasiyası. Azərbaycan Prezidentinin rusiyalı həmkarına verdiyi cavabda da əks olunduğu kimi, Azərbaycanda heç zaman dini abidələrə qarşı ayrı-seçkilik və ya vandallıq olmayıb. Bunun həm dini, həm də mənəvi, mədəniyyətlə bağlı səbəbləri var. Əvvəla, bir müsəlman və azərbaycanlı üçün kilsə və sinaqoq məscid qədər dəyərli və ehtirama layiqdir. Çünki hər üçü Allah evidir. Heç bir müsəlman sırf kilsədir deyə tikiliyə xor baxmaz, onu dağıtmağa çalışmaz.

İkincisi, tarixi və mədəniyyət ənənəsi baxımdan Azərbaycandakı kilsə və sinaqoqlar Azərbaycanın tarixi irsidir. İslamdan əvvəl bu torpaqlarda xristianlıq geniş yayılıb və islamiyyətdən sonra da bu günə qədər böyük xristian icmaları yaşayıb. Bu səbəbdən də tarixi alban kilsələri Azərbaycan mədəniyyəti irsidir, bunu anlayan bütün azərbaycanlılar üçün bu abidələrin dəyəri var.

Nəhayət, bir tarixi abidəyə zərər vurmaq, onu dağıtmaq ancaq ifrat faşizm ideologiyasından doğa bilər. Hansı ki, biz bunun nümunəsini Qarabağda gördük. Bu gün azad edilən rayonlarda 7 şəhər və yüzlərlə kənd və qəsəbə yer üzündən silinib, Ağdam məscidindən sonra Zəngilan və Qubadlıda tarixi məscidlərin donuz damı kimi istifadə olunduğunu göstərən kadrları bütün dünya gördü. Bilindiyi kimi, məscidlərə donuz salınması müsəlmanlara qarşı xüsusi nifrətin işarəsidir. Məscidlərə ənənəyə görə hətta ayaqqabı ilə girilməsi yasaqdır. Donuz isə haram edilmiş heyvan olduğu üçün bir qayda olaraq dünyada islamofoblar, İslam dininə nifərt edənlər öz nifrətlərini məscidə donuz başı və ya hissəsini atmaqla bildirilər. Bunun eynisini Qubadlı məscidində etmişdilər.

Kəlbəcər rayonu: Əsirlikdə olan tarixi Azərbaycan abidələri - Heydər Əliyev Mərkəzlərinin İnformasiya Portalı

Hazırda Azərbaycan tərəfinin müəyyən edib sənədləşdirdiyi rəqəmlərə əsasən, işğal altındakı torpaqlarımızda yalnız tarixi-dini abidələrin sayı 403-dür. Bunlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. “Buğakar” ziyarətgahı, “Ağadədə” ziyarətgahı tamamilə dağıdılıb, İrəvan “Göy məscidi” və Cəfərabad türbəsi özəlləşdirilib, dəyişdirilib.

Bu məbədlər içərisində Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi, Ağdam Cümə məscidi dağıdılıb, Ağoğlan, Xudavəng, Tatev, Gəncəsər kimi qədim məbədlər isə erməniləşdirilib, bəzilərinə xaç işarələri vurulub.

Yeri gəlmişkən, bu günlərdə Mədəniyyət Nazirliyinin abidələr və mədəniyyət müəssisələri üzrə ixtisaslı nümayəndələri işğaldan azad olunmuş rayonlarda monitorinq aparıb və baxış keçirilən 49 obyektdən 28-nin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının qaldığı aşkar edilib.

Başqa sözlə, dini və tarixi abidələrin qorunmasından danışmağa haqqı çatan sonuncu ölkə Ermənistan ola bilər. Bu günə qədər heç bir ölkədə müharibə və ya qeyri-müharibə şəraitində dini abidələrin təhqir olunması, məqsədli şəkildə dağıdılmasına nadir hallarda rast gəlinib və bu, bütün dünyada ciddi rezonans doğurub.

Ermənilər Zəngilanda məsciddə donuz saxlayıblar – VİDEO

Görünür ki, Zəngilan və Qubadlıda məscidlərin donuz damı kimi istifadəsi faktlarının ortaya çıxması erməniləri narahat etdiyindən indi kilsələrin qorunması məsələsini ortaya atıblar.

Qeyd etdiyim kimi, birincisi, bu kilsə və məbədlər – işğaldan əvvəl mövcud olanlar– tarixi Azərbaycan abidələridir, bu torpaqlarda 200 illik tarixi olan ermənilərə aidiyyatı yoxdur. Onlar alban məbədləridir və Azərbaycanın tarixi irsidir. İkincisi, hətta erməni və ya başqa xalqa məxsus olsa belə, bir müsəlman və bu torpağın həqiqi sahibləri olaraq azərbaycanlıların o abidələrə əl qaldırması mümkün deyil. Ölkəmizdə olan tarixi və dini abidələr bizim zəngin dini ənənələrimizin nümunəsidir. Bakıda, Şirvanda və ya başqa yerdə olduğu kimi, Qarabağda da bu abidələr qorunub və qorunacaq.

Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı — Vikipediya

Sonda bir faktı da yada salmaq laızmdır ki, son 20 ildə Rus Pravoslav Baş Kafedral Kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Həmçinin Qəbələdə Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası həyata keçirilib.

Azərbaycanda xristian dini mirası qorunur

2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi əsaslı şəkildə bərpa edilib. Eləcə də Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib və insanların sərbəst istifadəsinə verilib. Ermənistan isə 28 illik işğal dövründə yalnız İran şirkətinin Şuşada Gövhər Ağa məscidinin təmirinə icazə verib. Və daha sonra bu tarixi Azərbaycan məscidini “fars məscidi” adlandırıb. Halbuki Şuşa mövcud olduğu dövrdə heç zaman fars dövlətinin tərkibində olmayıb və məscidin də fars məscidi adlandırılması sadəcə Azərbaycan izini silmək məqsədi güdüb.

Xudaferin.eu

13:09