Ermənilərə qan udduran ər kişi

Əslində Qəmlo kim idi?

Hamımızın “ Axırıncı aşırım” filmindən tanıdığımız “Qəmlo” obrazı haqqında çoxlarının bilmədiyi faktlar mövcuddur. Sovet dönəmində Qəmlo obrazı quldur, mənfi obraz kimi təqdim edilib. Həqiqətdə isə Qəmlo xeyirxah və vətənini sevən şəxsiyyət olub.

Qəmlo Vedi rayonunun Hand kəndində doğulub. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskininin azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı “Qırmızı tabor”un ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı.

Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Kolanlı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayi İsmayılla birləşir.

Kərbəlayi ilə Qəmlo aranın sakitləşməsini gözləmək üçün Türkiyəyə keçirlər. Türkiyədə olduqları zaman dostlar Mustafa Kamal Paşa Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Kərbəlayı İsmayıl bu təklifi qəbul etsə də, Qəmlo razılaşmır. Bir müddət sonra vətənə dönür, Kərbəlayı İsmayıl isə əksinə, ailəsini Türkiyəyə aparır.

1931-ci ildə xəyanət nəticəsində Qəmlo şəhid edilir, qardaşları güllələnir və ailəsi sürgün edilir.

11:50