Ermənilər növbəti dəfə işğal altında olan ərazilərimizə od vurdu

 

 

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti yanğın törədiblər.
 

Alov əsasən Baş Qərvənd və "Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir.

Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib.

Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür. Ermənilər hər dəfə yaz-yay aylarında əkin sahələrini və otalq yerlərini yandırmaqla düşmənlə üz-üzə daim mərdliklə sinə gərən yerli əhalini təhdid etmək taktikasını sərgiləyir. Çünki, aqrar həyat tərzində yerli əhalinin ən çox istifadə etdiyi mal-qarasının qayğsına qalmaqdır. Mal-qaranı yem ehtiyatından məhrum etmək üçün otlaq sahələrinin özəlliklə yandırılması məhz bu hədəflərə xidmət edir. Hər il yaz mövsümünün ortalarından başlayaraq, yay aylarının sonuna kimi bütün cəbhə boyu ərazilərdə yanğın olayları baş verir. Ermənilərin bu provakasiyalarına dözməklə yerli əhali tarixi yurdundan yoxsulluğa və məhrumiyyətlərə baxmayaraq, geri çəkilmirlər.

BakuPost
 

 

09:07