Ermənilər İrəvanda Holokost abidəsini təhqir etdilər - Foto-sübut

İrəvanda Holokost abidəsi təhqir edilib.Bu barədə sosial şəbəkələrin erməni seqmentində şəkillər yayılıb. Şəkilləri müşayiət edən şərhlərdə bildirilir ki, abidəni təhqir edənlər memorial kompleksin ermənilərə aid hissəsinə toxunmasalar da, yəhudi xalqının alman faşistlərinin hakimiyyəti dövründə məruz qaldığı soyqırımın - Holokostun qurbanlarının xatirisəni həsr olunmuş hissəyə qarşı vandallıq aktı törədiblər.

Bu hərəkətə yeganə ağlabatan səbəb hələlik ondan ibarətdir ki, erməni faşistlər bununla 44 günlük müharibəsə İsrail dövlətinin Azərbaycana siyasi və hərbi (silah-sursat ticarəti sahəsində partnyorluq) dəstəyin qisasını almağa çalışıblar.

Pew Research Center təşkilatının 2016-cı ildə keçirdiyi sorğuya görə isə Ermənistan Şərqi və Mərkəzi Avropa ölkələri arasında abtisemitizmin ən şiddətli olduğu ölkədir. Bu ölkənin əhalisinin üçdə ikisi yəhudiləri vətəndaş kimi qəbul etməyə qarşıdır. Bundan başqa, məşhur erməni faşist Qaregin Njdeyə abidə qoyulması faktı da erməni faşizminin bariz göstəricisi hesab edilir.

Xudaferin.eu

15:17