Ermənilər gözdə-qulaqda: Tramp “erməni soyqırımı” deyəcəkmi?

Vaşinqtonda çap olunan məşhiur “New York Times” qəzeti buna inanmır

Bir zamanlar ölkə prezidenti Ronald Reyqanın müşaviri demişdi: “Bir gün gələcək ki, ermənilər yalanlarına görə dünya və Türkiyədən üzr istəyəcəklər”
 

1915-ci il “hadisələr”inin ildönümündə gözlər bir daha Ağ Evə dikilib. Aprelin 24-ü yaxınlaşarkən ABŞ Nümayəndələr Palatasının 80 nəfərdən artıq üzvü ABŞ prezidenti Donald Trampa ortaq məktub göndərərək, prezidentdən 1915-ci il hadisələrini “soyqırım” kimi tanımasını istəyib.

“Deutsche Welle” beynəlxalq informasiya agentliyinin türk redaksiyasının verdiyi məlumata görə, məktubda keçmişdəki pespublikaçı örezidentlərdən Ronald Reyqanın 1981-ci ildəki çıxışı zamanı “soyqırımı” ifadəsini işlətdiyini bildiriblər (sonra R.Reyqan məsələnin araşdırılmasını öz müşaviri Bryus Feynə tapşırdı, onun məsələ ilə bağlı fikrini materialın sonunda qeyd edəcəyik – red.), Trampdan da eyni cür davranmağı tələb ediblər. Lakin Vaşinqtonda düşünürlər ki, Tramp da demokrat sələfi Barak Obama kimi “soyqırımı” sözünü işlətməyəcək. Çünki ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Nyu-York Tayms” da dünən verdiyi xəbərdə Trampın bu istiqamətdə addım atmasının zəif bir ehtimal olduğunu bildirib. Qəzet, xüsusilə də 16 aprel referendumunun nəticəsi ilə əlaqədar prezident Trampın həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib onu təbrik eləməsinin bu ehtimalı daha da zəiflətdiyini bildirib. Ağ Evin hər il 1915-ci il hadisələrinin ildğnümü ilə əlaqədar yaydığı bəyanatda son illərdə olduğu kimi bu il də “soyqırımı” ifadəsini işlətməyəcəyi gözlənilir

Obama “MEDS YEGHERN” deyirdi

Trampdan əvvəl iki dəfə prezident seçilmiş Obama seçki kampaniyası zamanı 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağı barədə söz versə də, vəzifə başına keçəndən sonra fərqli davranmışdı. Obama prezidentlik etdiyi illərdəki 24 aprel açıqlamalarında “soyqırımı” əvəzinə, ermənicə “böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsini işlətmişdi. Trampdan əvvəlki axırıncı respublikaçı ABŞ prezidenti olan oğul Corc Buş da “soyqırımı” deməmişdi. Buş da vəzifə başında olduğu 8 il ərzində “soyqırımı” əvəzinə “tarixin ən böyük faciələrindən biri”, ya da “20-ci əsrin ən qorxunc faciələrindən biri kimi ifadələr işlətməyi üstün tutmuşdu.

Bəs əslində nə baş vermişdi? – Mühasirədə olan Türkiyəyə arxadan zərbə

Ötən əsrin əvvəllərində Ərzurum və onun çevrəsində rus işğalının genişlənməsi ilə ermənilər bölgənin müsəlman xalqını yer üzərindən silməyə başladılar. 1890-cı illərdən başlayaraq, xaricdən dəstək alan ermənilər Türkiyədə onlarca üsyan qaldırdılar. Osmanlı hökuməti Erməni patriki, erməni millət vəkilləri, komitələr və erməni camaatının başçılarına xəbərdarlıq etdilər ki, yeni qarışıqlıqlar baş verdiyi halda, “ölkənin müdafiəsini təmin etmək məqsədiylə sərt tədbirlər görmək məcburiyyətində qalınacaq”. Osmanlı dövlətinin bu sülh çağırışları sənədlərdə mövcuddur. Lakin ermənilər dinc durmadılar. Bu, onların fitrətində yoxdur. Eynilə Azərbaycanda olduğu kimi, Türkiyədə də əllərinə süngü alıb, anadan olacaq türk uşağın oğlan və ya qız olacağı barədə mərcə girərək onu və anasını yaşamaq haqqından məhrum etdilər. Avropa hüquq müdafiəçiləri onlara sərf etməyən belə məzlumların haqqından danışılarkən, Molla Nəsrəddin sayağı “əcəba, körpünü gözüyumulu keçə bilərəmmi,” - deyə həqiqətə göz yumurlar. Osmanlı dövlətinin bütün xoş niyyətli xəbərdarlıqlarına rəğmən, hələ müharibə başlamazdan əvvəl erməni Qriqoryan kilsəsinin xaricdən aldığı məxfi göstərişlərlə üsyan üçün hər bir hazırlıq görmüş ermənilər, əcnəbi qoşunların Türkiyəyə hücumu başlanar-başlamaz kütləvi şəkildə üsyanlara başlamışlar. Osmanlı orduları cəbhədə döyüşdüyü zaman ermənilərin silahlı çıxışları “Erməni müstəqilliyi üçün müttəfiqlərin savaşına xidmət etmək məqsədilə” plan üzrə baş vermişdir. Ancaq “mədəniyyət və demokratiya” alverçiləri erməni dəstələrinin arxa cəbhədəki arxadan vurulan zərbə olan fəaliyyətlərini dövlətlərarası hüquq məsələsinə görə xəyanət sayılmalı olması həqiqətinə göz yummaqdadırlar. Erməni üsyanları xüsusilə Şərqi Anadoludan başlayaraq digər vilayətlərə yönəlmişdir. Ərzurum və ətrafının rus işğalına məruz qalması ermənilərə qol-qanad verdi və bir alman generalının ifadəsiylə deyilsə, “onlar bu bölgədəki müasəlman xalqını silib-süpürməyə başlayıblar”.

Erməni dəstələrinin dinc camaata, türklərə və kürdlərə qarşı zülüm və işgəncələrinin davam etdiyi zaman dövlət müdafiəsi güclərinin bölgələrdə apardıqları axtarışlarda xeyli silah-sursat və döyüş ləvazimatları ələ keçirilmişdi. Artıq dövlətin varlığını ağır şəkildə yaralayan bu vəziyyət bir az daha sülhsevərlik göstəriləcəyi təqdirdə, nəticələrini aradan qaldırmaq mümkün olmayaq fəlakətə çevrilirdi. Osmanlı dövlətinin müharibəyə girməsindən və xüsusilə də Qafqaz Cəbhəsindəki pozuqluqdan sonra, ermənilərin müsəlman xalqa qarşı basqınları, əsgərlikdən fərarilikləri, əsgər və jandarmaya hücumları, silah-sursatla yaxalanmaları, fransızca, rusca və ermənicə şifrə qruplarının ələ keçirilməsi kimi hadisələr, ölkə miqyasında qarışıqlıq çıxarmaq istədikləri barədə ən vacib dəlillər olmuşdur. Bu vəziyyət yarandıqdan sonra 1915-ci il fevralın 25-də Ənvər Paşa əlaqədar qurumlara diqqətli olmaq barədə xəbərdarlıq etmişdir. Lakin Van ermənilərinn üsyanı ilə vəziyyət daha da gərginləşdi. Həmin dairədəki ermənilərin Osmanlı dövlətinn müharibədə olduğu tarixlərdə Vanda toplandıqları və silahlanaraq rusların yaxınlaşmasını gözlədikləri rəsmi sənədlərlə təsdiq edilmişdir.. 1915-ci il aprelin 17-də başlanan üsyan bütün vilayəti sarmış və aprelin 20-də Van şəhəri və kəndlərindəki ermənilər silahlanmışlar. Erməni katalikosu V.Kevork 10 min silahlı dəstənin bu üsyana qatıldığını bildirmişdir. Bu səbəbdən 1915-ci il aprelin 24-də erməni komitələri bağlanıldı, idarəçilərindən 2345 nəfər dövlət əleyhinə fəaliyyət göstərmək ittihamı ilə həbs edilmişdir. Dünya ermənilərinin hər il “erməni soyqırımının ildönümü” adlandırdıqları 24 aprel tarixi məhz bu 2345 komitəçinin həbs edildiyi tarixdir və ermənilərin köçürülməsi ilə heç bir əlaqəsi yoxdur. Ancaq ermənilər bir-biriylə əlaqədar olmayan hadisələri calayıb-birləşdirərək, təbliğat malına çevirib dərhal hərəkətə çevirmişlər. Erməni katalikosu Gevork dərhal ABŞ dövlət başçısına bu mövzuda teleqram göndərdi: “Hörmətli dövlət başçısı, Türk Ermənistanından aldığımız son xəbərlərə görə, orada qətliam başlanmış və təşkilatlı tədbirlər nəticəsində erməni xalqının mövcudluğu təhlükəyə düşmüşdür. Belə bir həssas məqamda Zati-alilərinizin və böyük Amerika Millətinin insani hisslərinə xitab erir, insaniyyət və xristianlıq inancı adına, böyük Cumhuriyyətinizin diplomatik təmsilçilikləri vasitəsiylə dərhal müdaxilə edərək, türk fanatizminin şiddətinə tərk edilmiş Türkiyədəki xalqımın qorunmasını şiddətlə rica edirəm. ”

Kevork, Başpiskopos və bütün ermənilerin Katokikosu.

Başpiskopos Kevorkun teleqrafı Rusiyanın Vaşinqtondakı səfirliyinin Amerikadakı əlaqələri sayəsində yayıldı. Beləliklə, aprelin 24-nün dünya ictimaiyyətinə “türklərin erməni soyunu qırdığı gün” kimi təbliğatına start verildi.

Reyqanın müşaviri Bryus Feyn “soyqırımı” yalanını ifşa eləmişdi

 

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri olmuş Bryus Feyn isə açıqlamalarında bildirib ki, Osmanlı imperiyası dövründə ölkənin bütün dini və etnik azlıqları türklərlə eynihüquqlu vətəndaş olmuşlar: “Yunanlar, kürdlər, çərkəslər, ərəblər və ermənilər o zamanın Türkiyəsində yetərincə yüksək vəzifələri tutmuşlar. Birinci dünya savaşı illərində ermənilər vətəni sataraq, Osmanı imperiyasının düşmənləri ilə ittifaqa daxil oldular. Ermənilər və ruslar çiyin-çiyinə vuruşdular. Onlar Türk və gürcü kəndlərini talan edir, dinc sakinləri öldürürdülər. Araşdırmanın gedişatında Türk tərəfi öz arxivlərindən istifadə eləməyə razılıq Verdi, ermənilər isə öz arxivlərinin açılmasına razılıq vermədilər. Düşünürəm ki, bu arxivləri açmaq mümkün olarsa, həqiqət hökmən aşkara çıxacaqdır. O zaman tarixi saxtalaşdırdırlarına, yalanlarına görə ermənilər bütün dünya, xüsusilə də Türk xalqı qarşısında üzr istəməli olacaqlar.”
 

Hurriyyet.org

 

06:37