Ermənilər Füzuli istiqamətində kəndləri atəşə tutdu, 6 mülki şəxs yaralandı - SON DƏQİQƏ

Cəbhənin Füzuli istiqamətində gərginlik davam edir. Kəndlərin və qəsəbələrin atəşə tutulması nəticəsibdə mülki şəxslər arasında yaralananlar var.

"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, sentyabrın 27-dən başlayan əks-əməliyyatlar davam edir.

Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini, Zobucuq qəsəbələrini ağır artileriyadan atəşə tutub. Bundan başqa düşmən Füzulinin cəbhədən kilometrlərlə kənarda yerləşən Qarabağ kəndini, Üçbulaq məntəqəsini də atəşə tutub.

Mülki əhalini hədəfə alan ermənilər daha bir neçə evə ziyan vurub. Mülki əhali arasında yaralananlar var. Qarabağ kəndindən və Üçbulaq yaşayış məntəqəsindən ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Azərbaycan ordusu düşmənin atəş nöqtələrini hədəfə alıb. Səhər saat 8:30 radələrində düşmən susdurulub.

xudaferin.eu

10:23