Ermənilər Avropada necə "azərbaycanlı olurlar"?

 

"Gecə idi, yatmışdıq. Qəflətən çarpayımın yanında durmuş qadın polisin səsinə ayıldım. Bizə dedi ki, əşyalarımızı yığıb hava limanına yollanmaq üçün iki saatımız var. Ermənistana deportasiya edilirdik".

Lüsine Gevorkyan belə deyir. 2014-cü ildə o, əri və iki uşağı ilə birlikdə İsveçdən deportasiya edilib. Gevorkyanlar ailəsi İsveçdə 6 il yaşasalar da, onlara qaçqın statusu və sığınacaq verilməyib. İsveçin Miqrasiya Agentliyi hələ ən azı 22 min qanunsuz miqrantın deportasiya ediləcəyini bəyan edib. İsveçin Sərhəd Polisinin şöbə rəisi Patrik Enqström ölkənin ən nüfuzlu və böyük qəzetlərindən biri olan Aftobladet-ə açıqlamasında deyib: "Bu insanların 14 mini "yoxa" çıxıb. Həmin adamlar arasında ermənilər də var".

Lüsine Gevorkyan ailəsi ilə birlikdə Miqrasiya Agentliyinin verdiyi mənzildə yaşayırdı. Bu səbəbdən də polislər evin qapısını asanlıqla, açarla açıblar. Gevorkyanlar ailəsi 4 polis əməkdaşının müşayiəti ilə İrəvana göndərilib.

"Azərbaycanlı" olan ermənilər

"Ermənistan vətəndaşları Avropa ölkələrində sığınacaqları ən çirkin, murdar yollarla əldə edirlər. Onların bəziləri özlərini təqiblərə məruz qalan, həyatları ölüm təhlükəsində olan insanlar kimi qələmə vermək üçün azərbaycanlılarla ailə qurmaqdan da çəkirmirlər. Yəni erməni qadınlar azərbaycanlıya "ərə gedərək" milli mənsubiyyətlərini "azərbaycanlı" kimi göstərirlər. Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyasının sədri, "Sarukyan" blokundan olan deputat Naira Zöhrabyan belə deyib. Onun sözlərinə görə, bu minvalla "azərbaycanlı" olan ermənilər Avropa ölkələrində özlərini "Azərbaycan vətəndaşı olan azərbaycanlılar" kimi qələmə verirlər.

"Belə saxta sənədləri hansı strukturların, hansı yollarla verdiyini araşdırmaq gərəkdir. 2014-2015-ci illərdə Ermənistanı tərk edərək Avropa Birliyi ölkələrinə yollanan və orada qaçqın statusu ilə sığınacaq almaq istəyənlərin sayı 10 min nəfər olub. Onların yarısı siyasi sığınacaq almaq istəyib, 30 faizi uşaqlarının və ya ailə üzvlərinin müalicəsinin gərəkdiyini deyərək humanitar səbəbləri göstəriblər, yerdə qalanları başqa yollara əl atıblar. Bu insanların təqribən 90 faizinin müraciəti rədd edilib", - N.Zöhrabyan söyləyib. N.Zöhbaryan bildirib ki, sənədlərini saxtalaşdıraraq "azərbaycanlı" olan ermənilərin sayı artır: "Belələri azərbaycanlılarla saxta nikaha girir, sonra da Brüssel və ya Parisdə azərbaycanlı soyadları ilə dolaşırlar. Vicdansızcasına, əxlaqsızcasına..."

Hər il ən azı 315 erməni

Sadəcə, İsveçdən hər il ən azı 315 erməni qovulur, deportasiya olunur. Avropa Birliyinin Statistika Xidmətinin (Eurostat) rəsmi hesablamalarına görə, Avropa Birliyi ölkələrində siyasi və s. tipli sığınacaq istəmiş Ermənistan vətəndaşlarının təqribən 90 faizi rədd cavabı alır. Müraciətinə müsbət cavab alan ermənilərin 50 faizinə siyasi qaçqın, 30 faizinə humanitar status verilir. 20 faizin statusu açıqlanmayıb. Avropa Birliyi ölkələrinə qaçan və orada sığınacaq almaq istəyən vətəndaşların sayına görə Ermənistan hazırda Cənubi Qafqan ölkələri arasında liderdir. Müraciətinə rədd cavabı alan Ermənistan vətəndaşlarının əksəriyyəti Avropa Birliyi ölkələrində qalırlar. Onların yalnız 22 faizi ya Ermənistana könüllü qayıdıblar, ya da deportasiya ediliblər.
Avropa Birliyi ölkələrində status və sığınacaq almaq istəyən Ermənistan vətəndaşlarının sayı Ermənstana könüllü qayıdan, yaxud zorla qaytarılan ermənlərin sayından 4 dəfə çoxdur. Ermənistanın hakimiyyət dairələri isə ölkəyə könüllü qayıdan, ya da deportasiya edilən ailələrə yerli cəmiyyətə yenidən uyğunlaşmaq üçün heç nə etmirlər, yardım göstərmirlər. Bu səbəbdən Avropa Birliyi Lixtenşteyn hökumətinin vasitəsilə "Karitas Avstriya" fondu ilə birlikdə "Armenia Karitas" təşkilatına 1,239 milyon avro ayırıbö. "Miqrasiya və inkişaf" proqramının reallaşdırılması üçün nəzərdə tutulan bu məbləğ Ermənistana qayıdan, ya da qaytarılan insanlara kömək məqsədi güdür. Həmin proqram çərçivəsində yetkinlik yaşına çatmış hər "uğursuz mühacir"ə 700 avro, yetkinlik yaşına çatmayana isə 350 avro ekvivalentində pul verilib. Bir şərtlə ki, hər uğursuz mühacir ailəsinin aldığı məbləğ 2 min avrodan çox olmasın. Üstəlik, pullar nağd şəkildə verilmir, mal-qara, məişət texnikasının alınması, kirayə pulunun ödənməsinə və s. sərf olunur.

Hələlik, sadəcə, 519 nəfər reinteqrasiya proqramı çərçivəsində yardım alıb.

... Lüsine Gevorkyanın ailəsi yenə Ermənistandan qaçıb. Onlar indi Slovakiyadadır.

"Bizə 1500 avroya bərabər məbləğdə pul verdilər ki, Ermənistandakı cəmiyyətə yenidən alışaq. Amma Ermənistanda uşaqlarımızı normal şəraitdə böyütmək imkanları yoxdur. Heyvandarlıqla, sonra əkinçiliklə məşğul olmaq istədik. Alınmadı. Ermənistanda qanun yoxdur, rüşvətxorluq və məmur quldurluğu ifrat səviyyədədir. Ona görə yenə ölkədən çıxdıq".

 

"Azərbaycanlı" olmaq erməni qadınlara sərf edir

Hər il təqribən 4200 Ermənistan vətəndaşı Avropa Birliyi ölkələrində yaşam izni alır. Statistikaya görə, bu ermənilər arasında qadınlar əksəriyət təşkil edir. Qaçqın statusu və sığınacaq alan ermənilər Fransa, İspaniya, Belçika, İsveç və Yunanıstanda daha çoxdur.

Əmək fəaliyyəti ilə bağlı yaşam izni alan ermənilərə gəldikdə isə, belə əmək miqrantlarının sayı İspaniya və Polşada nisbətən yüksəkdir. Hetg.am hesab edir ki, Avropa Birliyi ölkələrində Azərbaycan vətəndaşlarına "ərə getmək" erməni qadınlara sərf edir. Bu minvalla onlar soyadlarını dəyişərək "azərbaycanlı" olur, özlərini "Azərbaycanda, sonra da Ermənistanda təqiblərə məruz qalan insan"lar kimi təqdim edirlər. Belə saxta nikahlar erməni qadınlara sərf edir, çünki "azərbaycanlı" olandan sonra siyasi qaçqın statusunun alınması prosedurundakı maneələri süni yolla olsa da, azalda bilirlər.

Milli.az

 

17:26