Erməni terrorçularının lideri öldürüldü

Üçmüədzində “Erkrapa” terrorçular birliyi sədrinin müavini, 46 yaşlı Nver Ovannisyana qarşı sui-qəsd təşkil olunub. 

Xudaferin.eu bildirir ki, bu barədə Shamshyan.com saytı məlumat yayıb. 

Ovannisyan hücum zamanı aldığı bıçaq xəsarəti nəticəsində ölüb. 

Hadisə Aramavir vilayətində baş verib. O, yerli vaxtla 18:50-də Vaqarşapat tibb mərkəzinə çatdırılıb. 

Qeyd edək ki, “Erkrapa” qruplaşmasının üzvləri Dağlıq Qarabağda dəfələrlə diversiya və teraktlar törədib. 

1990-cı ildə erməni terrorçu Monte Melkonyan kəşfiyyat-təxribat fəaliyyəti üzrə təlimatçı qismində Ermənistana gəlib və Dağlıq Qarabağda terror aktları törətmək üçün burada “Erkrapa” birliyinin nümayəndələri ilə görüşüb. 

14:21