Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu

 

NATO-nun Gürcüstanda keçirilən "Agile spirit 2017" təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının görüntüsü əks olunub.
 

Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub. Ermənistanın "Agile Spirit-2017" təlimlərində iştirakı gözlənilsə də, sonradan imtina edilib. "Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir açıqlama almamışıq", - Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.

Qeyd edək ki, Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə "Agile Spirit 2017" hərbi təlimlər keçirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur. ABŞ-ın dəniz piyadalarının da qatıldığı "Agile Spirit" təlimləri yeddinci dəfə keçirilir.

Muxalifet.az

12:15