Erkin Qədirli: “Azərbaycan SSRİ-nin yolunu gedir”

 

“Seçilməmiş – xalq qarşısında məsuliyyət daşımayan hökumətlər xaricdən borc almağa daha çox meyl edirlər. Dövlət büdcəsi üzərində vətəndaş, həmçinin parlament nəzarətinin olmadığına görə bu cür ölkələrin rəhbərləri xaricdən aldıqları borcların xeyli hissəsini mənimsəyir, mənimsənən pulları Qərb banklarında şəxsi hesablara yatırırlar”.

Bu sözləri REAL Hərəkatı Ali Məclisinin sədri Erkin Qədirli deyib.

 

REAL rəsmisi qeyd edib ki, ölkə maliyyə böhranına girəndə Qərbin maliyyə qurumları (IMF, World Bank və s.) xalqdan oğurlanmış pulları korrupsiyaya uğramış rəhbərlərin hesablarından çıxarıb ölkəyə qaytarmaq yerinə yeni kreditlər təklif edirlər: “Əvəzində də ərzaq, səhiyyə, təhsil və başqa önəmli sosial ehtiyacları qarşılayan dövlət xərclərini azaltmağı, əhali üzərinə yeni maliyyə yükü qoymağı tələb edirlər. Belə şərtlər altında alınmış kreditlərin çox mənfi təsirləri olduğuna görə bu cür hökumətlər ölkədədəki siyasi müxalifətə, mətbuata, sahibkar və akademik çevrələrə və s. təzyiqləri artırmalı, polisə və xüsusi xidmət orqanlarına daha çox səlahiyyət və pul verməli olurlar. Qərbin maliyyə qurumları bütün bunlara göz yumur, çünki verdikləri kreditlərin qaytarılmasının zəmanəti kimi, bu cür hökumətlərin ayaqda qalmasını görürlər. Daha çox güc - daha çox pul - daha çox borc - daha çox sosial gərginlik - daha çox etiraz - daha az nəzarət - daha inamsız təbliğat - daha çox səhv - daha çox qəzəb - və s. Bunların hamısı kitab bilikləridir - bu, öz yerində. Biz bunların hamısını həm də SSRİ-də görmüşük, necə deyərlər, görə-görə gəlmişik. Niyə eyni yolla gedirik? Sistem problemidir, sistemi dəyişmək gərəkdir”.

Mənsur

Cebhe.info

 

10:32