Emmanuel Makron - QƏLƏBƏNİN 5 səbəbi

 

Cəmi 39 yaşı olan Emmanuel Makron Fransa prezidentliyi tarixində ən gənc prezidentdir. Emmanuel Makronun Fransa siyasətindəki effektini zəlzələ ilə müqayisə etmək olar. Bir il əvvəl o, ölkə tarixində məhşur olmayan prezidentlərdən birinin hökumət üzvü idi. Hazırda 39 yaşlı Makron prezident seçkilərində sağçı, solçu və ifrat sağçı namizədlərlə mübarizədə qalib gəlib.

Onun şansı gətirib
 

Şübhəsiz ki, Emmanuel Makronun sadəcə şansı gətirib. Seçki qabağı mübarizədə ilkin lider sağ-mərkəzçi Francois Fillon baş verən səs-küylü qalmaqal ucbatından xallarını itirdi. Francois Fillonun mövqeyini qohumlarının saxta vəzifələri ilə olan qalmaqal sarsıtdı. Sosialistlərin digər namizədi, partiyanın radikal qanadının nümayəndəsi Benoit Hamon, seçicilərin əsas hissəsinin tələblərinə cavab vermədiyi üçün kənarda qaldı.

"Macron-un bəxti gətirdi, o tamamilə gözlənilməz vəziyyətdə idi ", - deyə Terra Nova analitik mərkəzinin nümayəndəsi Marc Olivie-Padis qeyd edib.
 

O, uzaqgörəndir
 

Lakin bir şansla Makronnun uğurunu şərh etmək çətindir. Onun sosialistlərdən namizədliyini irəli sürmək imkanı vardı. Lakin Makron anladı ki, insanlar artıq bir neçə ildir ki, hakimiyyətdə olan sosialistlərdən beziblər. Partiya nüfuzunu itirib və bu nüfuzu geri qaytarmaq çox çətin olacaq.

"Başqları bunu görməsə də o, şansının olduğunu görə bildi ", - deyə Padis bildirib.

Macron İspaniyada Podemos və ya İtaliyada "Beş ulduz" kimi hərəkatlara bənzər sistemli siyasətin Fransada olmadığını gördü. O, 2016-cı ilin aprelində kütlələrin istədiklərini diqtə etməyi nəzərdə tutan özünün En Marche! (İrəli) hərəkatını yaratdı. Bundan 4 ay sonra Makron Francois Holland hökumətini tərk etdi.
 

Obamanın resepti
 

"Makronun hərəkatı keçmiş prezident Barak Obamanın 2008-ci il seçkilərindəki prinsiplər əsasında qurulmuşdu", - deyə fransalı jurnalist Emily Shultheis bildirib. Onun ilk aksiyası təcrübəsiz, amma həvəsli fəalları səfərbər etmək üçün "Böyük yürüş" oldu.

"Onun qərargahı siyasi texnologiya firması tərəfindən hazırlanan alqoritmlərdən istifadə edirdi. Yeri gəlmişkən bu firma Obama-nın 2008-ci ildəki, kampaniyasında könüllü iştirak etmişdi. Bu firmanın köməyilə Fransanın sosial strukturunu daha çox əks etdirən əraziləri və rayonları ayırdılar. Daha sonra həmin ərazilərə öz adamlarını göndərərək 300 min ünvanı ziyarət etdilər ", - Shultheis deyir.

Makronnun könüllüləri təkçə təbliğat vərəqələri paylamaqla məşğul deyildilər.

Onlar ölkədə 25 min seçiciylə 15 dəqiqəlik müsahibə aparmışdılar. Müsahibənin nəticələri isə məlumat bazasına daxil edilərək təbliğat kampaniyası aparmaq üçün prioritetlərin müəyyənləşdirilməsində istifadə olunub.

"Bu qrup Makrona dair əhval-ruhiyyəni öyrənən nəhəng bir monitorinq qrupu idi. Bundan başqa, bu qrupun sayəsində insanlarla onun hərəkatı arasında daha erkən mərhələdə əlaqə yarandı, könüllülər isə təbliğat aparmaq üçün evlərə getmək təcrübəsi qazanmış oldular. Bu təcrübə onlara bu il kömək oldu ", - deyə Shultheis əlavə edib.

Müsbət ismarış

Makronun siyası obrazı tam ziddiyətlidir. Bir tərəfdən sanki o, siyasətdə "yenidir", digər tərəfdən isə Ollandın prezidentliyi dövründə bir neçə il nazir kimi çalışıb. Digər tərəfdən investisiya bankiridir, başqa tərəfdən isə kütləvi etiraz hərəkatının lideridir. Özünü mərkəzçi adlandıran Macron bununla yanaşı dövlət sektorunda azaltmalar aparmaq üçün radikal proqram təqdim edib. Marine Le Penin nümayişləri qamaqallı keçdi.

Makronun nümayişləri isə şən və dostuq şəraitində keçirdi
 

Bütün bunlar onun ikinci turdakı rəqibi Marine Le Pen-ə siyasətdə özünü "yeni" kimi təqdim edən Makronu siyası elitanın məhşur olmayan himayədarı kimi ifşa etmək üçün çoxlu dəlillər verdi. Lakin opponentlərinə Makrona yeni Olland "etiketi yapışdırmaq" nəsib olmadı. O, yeniliklərə susayan insanların diqqətini cəlb edən imicini qoruyub saxlamağa nail oldu.

"Fransada bədbin, hətta deyərdim ki, həddən artıq bədbin əhval-ruhiyyə vardı, o, çox nikbin və müsbət ismarışla gəldi ", - deyə Marc Olivye Padis bildirib.

"O, gəncdir və enerji ilə doludur. Macron Fransa üçün nə edəcəyini deyil, insanları üçün hansı imkanların yaranacağını deyir. Və Macron belə ismarıçı olan tək insandır ".

Və təbii ki, o Marine Le Pen deyil

Makronnun nikbinliyi fonunda Le Penin miqrasiya, Aİ və sistemə qarşı dedikləri bədbin səslənirdi. Macron-a dəstək mitinqi parlaq işıqlandırılmış stadionlarda pop musiqinin sədaları altında keçirilib. Le Pen-in aksiyasına isə əllərində şüşə butılkalar və alışqanlar olan tərəfdarlar toplaşıblar. Gücləndirilmiş polis, qaranlıq tribunalar, aqressiv atmosfer...

Emmanuel Makronun mitinqləri gənclərin hərarəti ilə seçilirdi.

Namizədlər arasında mayın 3-də keçirilən teledebat çox gərgin olub. Hər iki namizəd bir-birinin ünvanına təhqiramiz fikirlər səsləndiriblər.

Xanım rəqibini qorxu atmosferi yaratmaqda ittiham edən Makron onun siyasi şarlatan olduğunu və ektremist-atasından heç də geri qalmadığını söyləyb.
Makronu sosialistlərin marionetkası adlandıran Le Pen onu qlobal maliyyə dairələrinin təhlükəli aləti və Almaniya kansleri Angela Merkelin bütün arzularının itaətkar icraçısı adlandırıb. Bu debatları seyr edən tamaşaçılar düşünüblər ki, qeyri-sabit və fransızların maraqları daxilində idarə olunmayan ölkə yeni ultra sağçı prezidentlə oyana bilər.

Bu cür prezidenti isə yalnız bir nəfər dayandıra bilər. Onun adı Emmanuel Makrondur.

Marin Le Pen kifayət qədər effektli mübarizə apardı. Lakin onun reytinqi yavaş da olsa tədricən aşağı düşürdü. Ötən il 30 faizə çatan Le Pen-in reytinqi son iki həftə ərzində iki dəfə xallarını itirib.

Muxalifet.az

10:11