Elvin Qəniyev beynəlxalq festivalda çıxış edəcək

 

Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev sentyabrın 15-də “Mənim dostlarım – mənim sərvətim” Düsen Kaseinov Beynəlxalq Festivalında çıxış edəcək.

 

Kurmanqazı adına Qazax Milli Konservatoriyasının böyük zalında təşkil olunacaq skripka musiqisi konsertində İ.S.Bax, P.Sarasate, E.İjai, S.Prokofyev və Q.Qarayevin əsərləri səsləndiriləcək. Azərbaycanlı skripkaçını fortepianoda beynəlxalq müsabiqələr laureatı Marina Altuxova müşayiət edəcək.

Virtuoz skripkaçı Elvin Qəniyev Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.

Xudaferin.eu

11:04