Ekspert: Ermənilərin Dağlıq Qarabağ haqqında yalanını ifşa etmək üçün orada əhalinin siyahıya alınması kifayətdir

 

Ermənilərin Dağlıq Qarabağ haqqında yalanını ifşa etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində əhalinin siyahıya alınmasını həyata keçirmək kifayətdir. Bunu CBC telekanalına müsahibəsində “Baku NetworkEkspert şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

 

Onun sözlərinə görə, bunun nəticəsində məlum olacaq ki, həmin ərazidə 30-40 min əhali yaşayır, bu isə işğala qədər olan dövrdən 3 dəfə azdır. O deyib: “Soruşan lazımdır, əgər Azərbaycanın tərkibində olarkən, orada 150 min erməni yaşayırdısa, indi isə “müsbət” tendensiyalar nəticəsində əhalinin sayı 30-40 minədək azalıbsa, o zaman niyə müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tələb edirdiniz? Doğrudanmı, bu 30-40 min erməni “müstəqil dövlət” qurmağa başlayacaq? Bu, çox vacib sualdır”.

Ekspertin sözlərinə görə, Ermənistan özü hələ də Dağlıq Qarbağ ermənilərinin gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib. Zaman-zaman Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, ya da bölgəyə öz müqəddəratını təyin etmək statusu verilməsi fikirləri səsləndirilir. O qeyd edib ki, Yerevanda yaxşı başa düşürlər ki, 30-40 min erməni öz müqəddəratını təyin etməyə iddia edə bilməz, əks təqdirdə ölkədə yaşayan kürdlərə də bu hüquq verilməlidir.

TREND IA

23:46