Dəyərli soydaşlarımızla öyünmək gərəkdir— VİDEO

Azərbaycan Milli Diasporunun ünlü simalarından biri də Qalib Bəy Ağayevdir. O, əslən Ağdaşlı olsa da, həyatının ən gözəl illərini Qafqazın nuru Mingəçevirdə keçmişdir. Bu şəhər bütün Qafqazı elektrik enerjisi ilə təchiz edə bilmək imkanındadır. Ona görə də, buranın insanları sonradan harada yaşamasından asılı olmayaraq, bütün ətrafına daim işıq saçarlar. Qalib Bəy də məhz belə bir nadir özəlliyə malik insanlardan biridir.

Bu gün Qalib Ağayev Moskva şəhər və vilayəti ilə yanaşı, bütün Rusiya Federasiyası boyunca yaşayan soydaşlarımız arasında intellektual baxımdan ən öndə gedən, milli diaspor siyasətimizin strateji hədəflərini bəlirləyən çox ciddi mütəxəssislərdən biridir. O, yorulmaq bilmədən daim çalışaraq soydaşlarımızın problemlərinin həllində, eləcə də bir sıra ictimai proseslərdə yaxından iştirak edir. Qalib bəy Rusiya, Azərbaycan, Türkiyə, Belorus, Ukrayna, Qazaxıstan və Özbəkistan kimi dövlətlər arasında çağdaş durumu nəzərə alaraq, qardaşlıq körpüsünü yaradanlardan biridir.

Çox dəyərli Qalib Bəy, ad gününüzü təbrik edirik

Sizə və ailənizə uca Tanrıdan uzun ömür, can sağlığı və daim uğurlar diləyirik. Hər bir insanın ömür yolunun öz axarı olur. Sizin də həyatınıza və taleyinizə qismət olan milli diaspor siyasətimizin möhtəşəm bir şəkildə inkişaf etməsi üçün həsr etdiyiniz ömür yolunuzdur. Bu yol nə qədər çətin və əzablı olsa da, həm də şərəfli bir yoldur. İnsanlığa şərəf gətirən hədəflərə sahib olmaq da hər kimsəyə nəsib olmur. Bax bu şərəf sizin taleyinizin və həyatınızın mənasıdır. Bir daha sizə uğurlar diləyirik. 

Vətən uğrunda mücadələ edən qeyrətli Azərbaycan övladları var olsun!

Hörmətlə: Elman Mustafazadə (Hollandiya, Amsterdam)
Avropada "Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, “Xudafərin” dərgisinin təsisçisi və baş redaktoru

Xudaferin.eu

23:03