Dünyanın ən qədim peşəsi məlum oldu

Şamanlıq bəşər tarixinin ən qədim peşəsi kimi tanınıb.

Xudaferin.eu xəbər verir ki, bu haqda elmi işin nəticələri “Phys.org” elmi portalında dərc olunub.

Harvard ali incəsənət və elm məktəbinin tədqiqatçısı Manvir Sinqhin sözlərinə görə, qədim qəbilələrin düşüncəsində şamanlar havanı idarə edib, uğurlu ov üçün xeyir-dua verib, müxtəlif xəstəlikləri müalicə edib. Şamanlar beləcə həm nüfuz, həm də hakimiyyət sahibi olub.

Şaman olmaq istəyən şəxs bir sıra mürəkkəb prosedurların yerinə yetirilməsini tələb edən sınaqdan keçməli və “sehir” qabiliyyətinin olduğunu isbat etməli olurdu. Şamanı qəbilənin adi üzvlərindən fərqləndirən əsas cəhət bu idi.

Sinqhin sözlərinə görə, şamanlıqdan fərqli olaraq, digər məşğuliyyətlərə, məsələn, ovçuluq, yığıcılıq, silah və alət hazırlamağa (sənətkarlıq) hər bir qəbilə üzvü cəlb oluna bilərdi. Ona görə də tədqiqatçılar “şamanlığın” ən qədim peşə olduğu nəticəsinə gəlib.

Xudaferin.eu 

16:17