Dünyanın ən güclü superkompüterlərinin reytinqi dərc olunub

 

“TOP500” təşkilatı dünyanın ən güclü superkompüterlərinin ənənəvi reytinqinin növbəti versiyasını dərc edib.

“CHIP” resursu xəbər verir ki, il ərzində hesablama sistemlərinin ümumi məhsuldarlığı 11 faiz - 672 petaflopsdan 749 petaflopsadək (saniyədə 1015 hesablama) artıb. Birinci yeri rəqiblərdən böyük fərqlə 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüteri tutub. İkinci yerdə Çinin daha bir kompüteri - son 3 ildə reytinqə başçılıq edən “Tianhe-2” (göstərici 33,9 petaflops) qərarlaşıb. Üçüncü pillədə İsveçrənin “Piz Daint” (Cray XC50) superkompüteri (nəticə 19,6 petaflops) yer alıb. Həmçinin ilk beşliyə iki ABŞ kompüteri - 17,6 petaflops göstərici ilə “Titan” (Cray XK7) və 17,2 petaflops nəticəyə malik “Sequoia” (IBM BlueGene/Q) daxildir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:19