Dünya bu xəbərlə çalxalanır: “Savaşa hazır ol” təlimatı

Güney Korenin başkəndi köçürülür, Quzey Kore ilə sınıra ordu toplaşır, əcnəbi müxbirlər bölgədən çıxarılır...

Son günlər gərginləşən uluslararası durum daha bir ölkənin savaşa hazırlığına başladığı barədə xəbərlərlə daha da gərginləşib. Quzey Koredə savaş hazırlığı elan edilib. Bu ölkədə olan əcnəbi müxbirlərə "Böyük bir hadisəyə hazır olun" təlimatı verilib. Xəbər dünya çapında bu ölkənin savaş hazırlaşması kimi dəyərləndirilib. Başkənd Pxenyanda olan əcnəbi müxbirlərə "hazır olun" təlimatının hökumət tərəfindən verildiyi bildirilsə də konkret ad çəkilməyib. Müxbirlər ölkədə çox böyük hərəkətlilik olduğunu bildiriblər. Bununla yanaşı müxbirlərin sözlərinə görə, bölgədəki gərginliyin bu ölkənin nüvə proqramı ilə hansısa əlaqəsinə dair heç bir işarət yoxdur. Bununla yanaşı, əcnəbi müxbirlər başkənddən 600 min nəfərin təxliyyə edilməsinə dair əmr verildiyinə dair xəbərlər yayıldığını bildirib. Çinin də Quzey Kore sınırına hərbi qüvvə cəmləşdirdiyi deyilir.

“Channel News Asia” agentliyinin müxbiri Pxenyandan yazdığı "tweet"də "6.20-yə qədər ölkəni tərk etməyimiz tələb edildi. Ancaq səbəb açıqlanmadı. Mobil telefonlar işləmir" deyə yazıb. Bundan sonra müxbir heç bir paylaşım etməyib. Sosial şəbəkələrdə də Quzey Korenin savaş durumuna keçdiyinə dair çoxsaylı xəbərlər yayılıb. Başqa bir ehtimala görə bu barədə xəbərlər bilərəkdən yayılır və diqqət ölkədə 16 apreldə qeyd ediləcək "Günəş günü"nə hesablanıb. Həmin gün həm də ölkənin qurucusu olmuş Kim Il Sonqun 105-ci doğum günü qeyd ediləcək. Əcnəbi müxbirlər də məhz bu mərasimlərdə iştirak üçün ölkəyə buraxılıb və onların sayı 200-ə yaxındır.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

06:32