Dükanlarda Dağlıq Qarabağda yetişdirilmiş düyü

 

ABŞ-dan gəlmiş erməni qadın İrandan aldığı düyü toxumlarından Azərbaycanın işğal altındakı torpaqlarında məhsul yetişdirir
 

Bir neçə iri supermarketdə işğal altındakı Azərbaycan torpaqlarında istehsal edilmiş düyü satılmağa başlanıb. Söhbət Bakıdan yox, İrəvandan gedir. Panorama.am saytında bir neçə gündür ki, müzakirə olunan məlumatda deyilir ki, Ermənistan paytaxtının “Carrefour” və “Nor Zovk” suprmarketlər şəbəkələrinin mağazalarında üzərində erməni və ingilis dillərində “Basmati düyü. Qarabağda yetişdirilmişdir” sözləri yazılmış sellofan qablaşmada düyü satılır. Bir neçə gün öncə erməni istifadəçilərdən biri “Facebook”da həmin məhsulun qablaşmasının fotosunu yaydıqdan sonra hökumət orqanları məsələ ilə maraqlanmağa başlayıb. Öncə bunun yalan olduğu, ermənilərin Qarabağda düyü yetişdirmədiyi bildirilirdi. Lakin jurnalistlərin araşdırmalarından sonra məlum olub ki, həmin düyü doğrudan da Qarabağda istehsal edilib. Bu barədə erməni mediasına işğal altındakı Xocavənd rayonunun Xerxan kəndinin sakini Karolin Baqumyan məlumat verib. Qarabağa ABŞ-dan köçmüş erməni bildirib ki, öz ərinin valideynlərinə məxsus olan torpaqda eksperimental olaraq düyü yetişdirməyi qərara alıb. K. Baqumyan toxumluq düyünü İrandan gətirib və xüsusi qutularda yetişdirib. Cəmi 28 kq məhsul əldə edib. Məhsulu qablaşdırdıqdan sonra kiloqramı 950 dramdan(təxm. 3,2 AZN) İrəvanda adı çəkilən) dükanlara təhvil verib. İndiyədək cəmi 5 kq düyü satılıb. Dediyinə görə, heç bir kommersiya maraqlları olmayıb. Sadəcə, ermənilərin yerli(?) məhsula münasibətini öyrənmək istəyibər. Buna görə də düyü qablaşmasının üzərinə yazıblar:”Erməni istehsalı olan məhsullar al- yerli istehsalçıya kömək et”…

“Qarabağ” düyüsünün istehsalçısı deyir ki, düyü çox nazik olsa da, dadlıdır. Erməni qadın bildirib ki, düyünü yetişdirmək çətindir. Ona görə də təcrübi istehsalı davam etdirəcəklər, lakin istehsalın genmişləndirilməsi planları hələ ki yoxdur. Ermənistan Kənd Təsərürfatı Nazirliyi də aydınlaşdırıb ki, sözü gedən düyü doğrudan da Xocavənd rayonunda Karolin Baqramyanın direktoru olduğu “Real Yummy Bagels” şirkəti tərəfindən yetişdirilib və 28, 5 kq məhsul qablaşdırılaraq İrəvan dükanlarına təhvil verilib.
 

Cebhe.info

 

06:18