Dövlətin pulu ilə şəxsi səfərə çıxan nazir istefa verdi

Avstraliyanın səhiyyə və idman naziri Syuzan Linin bir neçə xidməti səfərini dövlət işləri üçün yox, Kvinslend ştatındakı Qold-Kost kurortunda daşınmaz əmlak axtarmaq məqsədilə etdiyi ortaya çıxıb. Bu da ona vəzifəsini itirmək bahasına başa gəlib. Qalmaqaldan sonra o, istefaya getməyə məcbur olub. Baş nazir Malkolm Ternbull da bu gün istefanı qəbul etdiyini açıqlayıb.  

“Avstraliyalıların bilməyə haqqı var ki, siyasətçilər vergi ödəyicilərinin pullarını ehtiyatla xərcləyirlər və dövlətin ehtiyatları etik qaydada istifadə olunur”, - hökumətin rəöhbəri vurğulayıb.
Avstraliyada son illər buna bənzər qalmaqallar dəfələrlə baş verib. Ona görə də Avstraliyanın baş naziri parlamentarların xərclərinə nəzarət edəcək müstəqil orqan yaradılıb.

Xudaferin.eu

 

10:24