Dövlətin əmlakı niyə qəpik-quruşa satılır?

Azərbaycanda vergi amnistiyası elan oluna biləcəyi barədə məlumat yayılıb. Məlumata görə, ölkə başçısının təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə borcun qalıq hissəsi amnistiya olunacaq. Ziyad Səmədzadənin sözlərinə görə, bu amnistiyadan sahibkarlar 600 milyon qazanacaqlar. Bu isə o deməkdir ki, sahibkarların vergi borcu 2 milyarda manata yaxındır. Bəs, bu təklif nəticə verə bilərmi? Mindən yuxarı sahibkarın ölkədən çıxmasına qadağa qoyulduğu, sahibkarlara qarşı səlib yürüşünün elan olunduğu bir zamanda bu cür yanaşma nəticə verə bilərmi?

İqtisadçı Nemət Əliyev bildirdi ki, burada məqsəd büdcədə yarana biləcək kəsirin qarşılanmasından ötrü, dövlət əmlakı özəlləşdirilir. Kəsirin qarşılanması üçün hərraca nə qədər obyektin çıxarılmalı olduğunun sual altında olduğunu deyən N.Əliyev vurğuladı ki, amma milli valyutanın ucuzlaşması haqqında qərar verən hökumət ölkənin bütün əmlakının dəyərini kəskin şəkildə ucuzlaşdırıb. Yəni manatın dəyər itirməsi satışa çıxarılan obyektlərin də dəyərinə təsir edib: «Əvvəl keçirilən özələşdirmə prosesində Əmlak Komitəsinin nəyə qadir olduğunu hamı görüb. Gözəgəlimli obyektlərin hamısı yaxınlarının adına özələşdirilib. Yəni özələşdirməni həyata keçirən orqanlar bu istiqamətdə ixtisaslaşıblar. Ona görə yenidən dövlət obyektlərinin real bazar qiymətindən ucuz özələşdirilməsi təsadüfi hal deyil. Dövlətin əmlakına qarşı bu cür davranış, münasibət yolverilməzdir. Əgər burada məqsəd büdcəyə maliyyə vəsaitlərinin cəlbidirsə, bu mümkün olmayacaq. Çünki əmlaklar yenə məmurların əlində qalır. Məmurlar öz tamahlarına durr deyə bilmirlər».
N.Əliyevin fikrincə, bu dövlətə qarşı sobataj kimi də qiymətləndirilə bilər. Əgər ölkənin başının üstünü qara buludlar alıbsa, iqtisadi geriləmələr varsa, bu cür tamahkarlıq dayandırılmalıdır: «On birinci ayın büdcə daxilolmalarına diqqət yetirsək görərik ki, oktyabr ayı ilə müqayisədə noyabrda 56-57 faiz azalma var. Hazırda maliyyə resurslarına böyük ehtiyac var. O ehtiyacları ödəməyəndə fələkat baş verə bilər. Dövlət Əmlak Komitəsinin həyata keçirdiyi özələşdirmə ictimaiyyətin nəzarəti altında həyata keçirilməlidir».

Hikmət
Azadliq.info

10:55