Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

 

Şuradan verilən məlumata görə, iclasda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
 

DİM-in müraciəti və təklifləri nəzərə alınmaqla, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.
P. S. Əgər Tələbə Qəbulu üzrə Dövlət Komitəsi və eləcə də Dövlət İmtəhan Mərkəzi rəsmi dövlət strukturlarıdırsa, o zaman bu qurumların nədən pullu xidmət sisteminə keçməsi bəlli və anlaşılan deyil. Belə çıxır ki, dövlət büdcəsindən maliyyələşdirilməli olan bu qurumlar təsərrüfathesablı strukturlara çevriliblər. O zaman adının üstündə “dövlət” qurumunun olmasının nə fərqi? Ya bu qurumlar özəlləşdirilməli, ya da adından da göründüyü kimi, dövlət strukturu olaraq qalmalıdırlar. Hər addımda vətəndaşdan pul  ödəmək tələbinin irəli sürülməsi “sosial dövlət siyasəti” proqramına ağır və sarsıdıcı bir zərbə sayılır. Vətəndaş hələ bilmir ki, imtəhan verərək dövlət quluğuna qəbul olunacaq və ya olmayacaq, artıq öncədən bunun üçün pul ödəməyə məcbur edilir.
 

Bakı Post

 

11:16