Dövlət katibi təyyarədə, PKK-ya silah yolda

 

Tillerson Ankarada olduğu zaman ABŞ PYD-yə hərbi yardım göndərib

ABŞ -ın Türkiyənin etirazına baxmayaraq terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə silah və zirehli maşın yardımı davam edir. ABŞ-dan Suriyadakı YPG-yə 29 martda yenidən silah göndərilib. Marqlı məqam iki ölkə arasında münasibətləri müzakirə etmək üçün Ankaraya gələn ABŞ dövlət katibi Reks Tillersonun təyyarəsinin yolda olduğu saatlarda bu transverin həyata keçirilməsidir.

Şimali İraqdakı Ərbil şəhərinə aparıldığı qeyd edilən hərbi ləvazimatlar İraq Kürd Regional Rəhbərliyinin (İKYB) nəzarət etdiyi Semalka Sərhəd Qapısından YPG-nin hakim olduğu Suriyadakı Rojavaya keçirilib. ABŞ indiyə qədər YPG-yə verdiyi bütün silahları eyni yolla aparıb. Ərbilə gətirildiyi bildirilən silahlar İKYB nömrəsi taxan kartejə köçürülüb. Ağır silah, sursat, istehkam materialı, zirehli personal daşıyıcı, zirehli iş maşınları və yük maşını daşınan hərbi eskorta ABŞ əsgərlərinin nəzarət etdiyi qeyd olunub. Hərbi mütəxəssisləri Rakka əməliyyatına hazırlıq çərçivəsində göndərilən hərbi yardımlarla YPG-nin olduqca ciddi və çox sayda silah ilə zirehli maşın, digər hərbi ehtiyatlarına malik olduğunu bildirir. Konvoyla ABŞ-ın əsas zirehli personal daşıyıcısı olan Humveeler ilə regionda nadir görülən minaya dözümlü, pusquya qarşı təsirli qoruma təmin edən 4x4 Oshkosh M-ATV zirehli personal daşıyıcılar da göndərilib. Zirehli Oshkosh M-ATV, tam təchizatlı 5 hərbi qulluqçu (4+1 Nişançı) daşıyır. Yol kənarına yerləşdirilən bombalara qarşı şəxsi heyəti qorumaq üçün V formalı gövdəyə malikdir.

Cebhe.info

06:01