Dövlət katibi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə öhdəliklərə sadiqdir

 

ATƏT-in Minsk qrupunun həmsədri qismində ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə öhdəliklərə sadiqdir. Bu, ABŞ-ın Dövlət katibi Reks Tillersonun Ermənistanla ABŞ arasında diplomatik münasibətlərinin yaradılmasının 25 illiyi münasibətilə müraciətində deyilir.
Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin yeni rus radikal milli siyasətinin baş ideoloqu Aleksandr Duqinin Azərbaycana səfər etməsi və bu bağımsız ölkəni Moskvanın strateji hədəflərində yer alan “Avrasiya Hərəkatı”na qoşmağa cəhdləri ərəfəsində ABŞ Dövlət Katibinin Qarabağla ilgili açıqlama verməsi heç də təsadüfi olay deyil. ABŞ belə bir açıqlama verməklə Güney Qafqazda Rusiyanın yeni siyasi texnoloji əsaslarla dərin siyasət qurmasına imkan verilməməsində maraqlı tərəf kimi çıxış edir. O da bəllidir ki, Güney Qafqaz siyasətində Rusiya Federasiyası keçmiş Sovetlər Birliyinin dağılmasından sonra indiyə kimi hər hansı bir səmimi siyasət yürütməmişdir. Özəlliklə də Qarabağ məsələsində Rusiya Federasiyası İran mollakratiya rejimi ilə birlikdə ortaq siyasət yürütməklə Azərbaycanı bir dövlət olaraq çökdürmək hədəflərini sərgiləmişdir. Bu gün Aleksandr Duqin kimi saxtakarların Bakıda uydurma bəyanatlarla çıxış etməsi də gülünc səslənir. O, açıqlama verərək: “Rusiya Azərbaycanın ərazi bütünlüyünü tanıyır” deyir. Ancaq, 1991-ci ildən bu günədək Azərbaycanın BMT səviyyəsində tanınan 25 faizdən çox ərazilərinin işğal altında saxlanılması və bir milyondan çox əhalinin hələ də qaçqın-köçkün statusu ilə yaşaması, öz dədə-baba torpaqlarına geri dönməsi kimi problemləri və acıları hələ də bizlərə yaşatmaqda davam edir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”  

12:28