Dövlət bağımsızlığımıza səs verənlər ali hakimiyyətdə

 

Bu gün onların çoxu mühüm dövlət postlarında torublar, hətta “İstiqlal”, “Şərəf”, “Vətənə xidmət” və digər ünlü ödüllərə layiq görülüblər. Niyə??? Bunu əlahəzrət iqtidardan və 24 ildir iqtidarda olan YAP-dan soruşmaq gərəkdir.

 

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümü ötən illərə nisbətən daha sönük şəkildə keçirildi. Axı unutmaq olmaz ki, 26 il öncə – 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti “Dövlət Bağımsızlığı Bərpası haqqında” Ana Yasa Aktını qəbul edib. O zaman Dövlət Bağımsızlığımızın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Dövlət Bağımsızlığımızın əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb. Qəribə də olsa, müstəqilliyinin əleyhinə səs verənlərin bir çoxu müstəqillik illərində yüksək vəzifə tutub, deputat olub. Bəziləri bu gün də ölkənin ən ali vəzifələrini məngirləyiblər və deputatdırlar. Müstəqil dövlət olmağımızın əleyhinə səs verənlər arasında müstəqilik illərində tutduğu vəzifə hesabına milyonçuya çevrilən, oliqarx olan, nəvəsinə milyonluq maşın kolleksiyası yaradanlar da var.

Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik:

1. Arif Rəhimzadə - deputat (27 ildir Milli Məclisdə bu status daşımaqda davam edir. Hətta milli kimliyimizi, yəni Türk olmağımızı belə ən radikal şəkildə inkar edən millət vəkillərindən biridir),

2. Yaşar Əliyev - Azərbaycanın Çindəki sabiq səfiri,

3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini (hal-hazırda Rusiya Federasiyası başkəndi Moskvada yaşayır. Milli diaspor hərəkatımıza sarsıdıcı zərbələr vurmaq siyasətini aparır),

4. Fikrət Sadıqov - “Azərkimya” DŞ-nin keçmiş prezidenti,

5. Samur Novruzov – sabiq deputat, vəfat edib,

6. Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri (27 ildir Milli Məclisdə deputat statusunu qoruyub saxlayanlardan biridir, zamanla kim iqtidara gəldisə həp onu müdafiə etdi),

7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü,

8. Gülnarə Qurbanova - sabiq deputat,

9. Mixail Zabelin – deputat (Rus icması adından 27 ildir Milli Məclisdə deputatalıq edir, guya bu ölkədə dövlətə sadiq başqa birr us yoxmuş kimi davranır),

10. Sultan Məmmədov – sabiq deputat, biznes fəaliyyətilə məşğuldur,

11. Zeynəb Xanlarova - Xalq artisti, deputat (80 yaşı olmasına baxmayaraq, Milli Məclisin deputatı olmaq üçün 27 ildir bu görəvi daşıyır),

12. Madər Musayev – deputat,

13. Yaşar Rzayev - sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı,

14. Gennadi Timoşenko - sabiq deputat,

15. Həsən Həsənov – keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir,

16. Əli Həsənov - Baş nazirin müavini, “Qaçkınkom”un sədri,

17. Şair Həsənov - Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir,

18. İrşad Əliyev - sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı,

19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri (Azərbaycan Kommunist Partiyasının I Katibi Əbdürəhman Vəzirovun sayəsində hakimiyyətin ən yüksək eşalonunda yer almış bu bürokrat daha sonralar ölkə başçısı olmuş Aya Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və indi də İlham Əliyevin yanında məharətlə yer alıb), 

20. Aslan Süleymanov – sabiq deputat,

21. Arif Ağayev - Yasamal və Samuxun keçmiş icra başçısı,

22. Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı,

23. Sahib Əkbərov - Kəlbəcərin sabiq icra başçısı,
24. Tapdıq Kamalov - sabiq deputat,

25. Rüfət Əsədov – Nazirlər Kabinetində sabiq şöbə müdiri,

26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı (Bu adı Gəncənin sabiq deputatı, milli ağsaqqalımız və mərhum Tofiq Bağırovla qarışdırmayın),  

27. Arif Mövsümov – Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib,

28. Cahangir Hüseynov - sabiq deputat,

29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir,

30. Telman Orucov – Sabiq deputat,

31. Çingiz Sadıqov – sabiq deputat, vəfat edib.

 

Xudaferin.eu
“Bakı Bürosu”

 

10:35