Donald Tramp yenidənqurma üçün trilyon dollar istəyib

 

İqtisadiyyatın yenidən qurulması, prinsipial yeni vergi sistemi, miqrasiyanın məhdudlaşdırılması və müdafiə büdcəsinin azaldılması: ABŞ Prezidenti əsas məqsədləri barədə konqresdəki çıxışı zamanı məlumat verib.

Euronews telekanalı bildirir ki, Tramp iqtisadi plana əsasən sənaye və investisiyalar üçün qanunvericilərdən trilyon dollar istəyib. Prezidentin sözlərinə görə, yenidənqurma “yerli mal almaq” və “amerikalıları işlə təmin etmək” prinsipləri bazasına əsaslanacaq: Bizim miqrasiya qanunlarımız maaşları qaldırmağa, işsizlərə yardıma, milyardlarla dollara qənaət etməyə, ictimai təhlükəsizliyin təminatına imkan verir. Hazırkı köhnəlmiş sistem kasıbların gəlirini azaldır və vergi ödəyicilərinə ağır yük olur.
Yeni miqrasiya siyasəti iqtisadiyyatdan əlavə, təhlükəsizlik məsələlərini də həll etməyə yönəlib. Ağ ev rəhbərinin fikrincə, bu, həm cinayətkarlıq, həm də terror təhlükəsi səviyyəsinin azalmasına kömək edəcək. ABŞ-ın yeni administrasiyasının xarici siyasəti bilavasitə digər ölkələrlə qarşılıqlı fəaliyyətə, yeni tərəfdaş və dost münasibətlərinə əsaslanır. Donald Tramp öz sələfinin irsini “xarici siyasətin seriyalı fəlakəti” adlandırıb və ondan fərqli olaraq çıxışında Rusiyanın adını çəkməyib. Aparılan rəy sorğusunun nəticələrinə görə, ABŞ prezidentinin konqresdəki çıxışı müsbət reaksiya doğurub və rəyi soruşulanların təxminən 78 faizi tərəfindən bəyənilib.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

10:21