Dolların növbəti üç günə olan məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 27-ə olan USD/AZN məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7475 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin sabit qalması deməkdir. 

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu günə dolların məzənnəsi isə 1,7475 manat olub.

Xudaferin.eu

17:37