Dollar ajiotajı: DTX ifşa edir, turistlər pul tapmır, “qara bazar” iş başında

Dollar ajiotajı: DTX ifşa edir, turistlər pul tapmır, “qara bazar” iş başındaÖlkədə dollar ajiotajı davam edir. Banklar dollar satmır və qara bazar öz işinin başındadır. Dövlət Təhlükəsizlik Xidməti var gücü ilə bu bazara qarşı mübarizə aparsa da, inhisarçı əllər banklardakı dolları qara bazara ötürməkdədir. Bu barədə məlumatda deyilir ki, maliyyə sektoruna daxil olan məmurlar məqsədli şəkildə qara bazarı inkişaf etdirir. Hazırda banklarda biabırçı vəziyyətdir. Vətəndaşlarla banklar üz-üzə qalıb. İnsanlar pullarını dollara çevirə bilmir. Bayramqabağı ölkədən xaricə gedənlər, ölkəyə gələn turistlər rəzil mənzərə ilə qarşılaşıb. Son məlumatlara görə qara bazarda satılan dolların qiyməti ilə banklar tərəfindən müəyyən edilən məzənnə arasında xeyli fərq yaranıb. Hazırda qara bazarda dollar 1.95 AZN səviyyəsində dəyişdirilir. Buna baxmayaraq yenə də qara bazar meydan sulayır və buna şərait yaradan, milyonlar qazanan qüvvələr var. Yeni ilin ilk günündən xalqa müjdə verməyə hazırlaşan Mərkəzi Bank manatın hazırkı kursda saxlanması üçün da əlavə pul sərf edir. Bu baxımdan tam devalvasiya qərarı verilib və yanvardan ölkədə iqtisadi xaos yaşana bilər. Hökumət tam devalvasiya ilə maliyyə sabitliyinin mərhələli şəkildə yaranacağını hesablayıb. Lakin hesablanmayıb ki, bu qərar xarakiri etməkdir və cəmiyyəti zərbə altında qoymaqdır.

Ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, “qara bazar” adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.
Qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən vətəndaşlarıdan N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri 2016-cı il dekabrın 27-də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Politika.Az

12:03