DokuBaku International Documentary Film Festival

 

2017-ci ildən etibarən Bakı şəhərində hər il keçirilməsi nəzərdə tutulan DokuBaku Beynəlxalq Sənədli Film Festivalı Azərbaycanda və onun xaricində yaşayan Azərbaycanlı film istehsalçılarını qısametrajlı sənədli filmlərilə festivalda iştirak etməyə dəvət edir. Yerli müəlliflər tərəfindən göndərilən filmlər arasından seçilənləri festival çərçivəsində nümayiş olunacaq. Maraqlanan şəxslərin filmlərin təqdim olunması ilə bağlı məlumatlarla tanış olması xahiş olunur.

Texniki tələblər
 

Mövzu seçimi sənədli film janrı çərçivəsində sərbəstdir. Filmlər Full-HD formatında və İngilis dilində subtitrlərlə təqdim olunmalıdır.

Təqdimat
 

Filmlərin dəyərlərləndirməyə təqdim etmək üçün bu saytdakı müraciət formundan istifadə edin. Filmlər YouTube, Vimeo və s. kimi video paylaşım saytlarına yüklənib, link şəklində göndərilməlidir.
 

Dəyərləndirmə
 

Filmlər festival təşkilatçıları tərəfindən seçiləcək və seçilən filmlər yerli və beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqə çərçivəsində dəyərləndirələcək. Dəyərləndirmədə aşağıdakı kriteriyalardan istifadə olunacaq:

Mövzunun aktuallığı və sosial əhəmiyyəti

Hekayənin vizual və orijinal həlli

Tarixlər
 

Filmlərin təqdimatı üçün son tarix 10 Sentyabr, 2017-dir. Dəyərləndirmənin nəticələri Sentyabrın sonunda iştirakçılara email vasitəsilə bildiriləcək.

Xudaferin.eu

09:27