Doktor Lətif Həsəni yenidən tutuqlandı

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan, eyni zamanda siyasi məhbus məhbus kimi uluslararası insan haqları təşkilatları tərəfindən hüquqları qorunan doktor Lətif Həsəni 5 illik həbs müddətində birinci 5 günlük bayram izninindən sonra yenidən mollakratiya rejiminin Kərəcdəki Rəcayişəhr zindanına aparılıb.
İran mollakratiya rejiminin qərarı ilə 9 illik həbs cəzası ilə tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəalı doktor Lətif Həsəni hazırda Kərəcin Rəcayişəhr zindanında həbsə atılıb.

Xatırladaq 2013-cü il aprelin 29-da İran mollakratiya rejiminin Təbrizdə yerləşən “İslam İnqilabı Məhkəməsi” Güney Azərbaycan Milli Hərəkatının 5 nəfər fəalı qismində Lətif Həsəni, Behbud Qulizadə, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehrin  Güney Azərbaycan Milli Oyanış Hərəkatının qrupunu yaratmaq ittihamı ilə 8 il və İran mollakratiya rejiminin əleyhinə və bu diktator idarəetmə sisteminin təhlükəsizlziyinə qarşı fəaliyət və təbliğatlar aparmaq ittihamı ilə 1 il ,toplam hər bir fəala 9 illik həbs cəzasına məhkum etmişdır. Lətif Həsəni uluslararası hüquq mütəxəssis kimi yüzksək təhsilə malikdir. Güney Azərbaycanda milli hüquqların və insan azadlıqlarının müdafiəsi üzrə tanınmış mütəxəsisslərdən biridir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

05:54