Doğu Mosul uğrunda böyük savaş

 

800 min insandən çox İraq Türkmanı bunu gözləyir

 

İraq ordusu Batı Mosul vilayətinin azad edilməsi üçün hərbi əməliyyata başlaıb. Bu yöndə İraq müdafiə naziri Heydər Əl-Abadi açıqlama verib. Nazirin sözlərinə görə, 19 fevralda Batı Mosulun azad edilməsi əməliyyatına start veriliməsinə başlanılacaq.

Şəhəri İŞİD-dən azad etmək üçün keçiriləcək əməliyyatda qarşıya qoyulan ilk məqsəd dinc sakinlərin çıxarılmasıdır. Şəhərin azad edilməsi üçün hava əməliyyatları 2016-cı il 17 oktyabrında başlamışdı.  2 ildir ki, İŞİD-in nəzarətində olan şəhərdəki terrorçulara qarşı hava əməliyyatında İraq hökumət qüvvələri ilə yanaşı şiə döyüşçülər və kürd peşmərgəsi iştirak edib. Şərqi Mosul 24 yanvarda azad edilib. İndi isə Batı Mosulun azad edilməsi üçün əməliyyat keçirilir. BMT-nin məlumatına görə, şəhərdə 800 min dinc sakin var. Son zamanlar şəhərin bu hissəsinə humanitar yardım göndərilməyib.
Qeyd edək ki, 2003-cü ildən indiyə kimi İraqda yaşanılan iç və vətəndaş savaşları nədəni olaraq, ən çox zərər İraq Türkmanlarına dəymişdir. Üç milyondan çox əhalisi olan Türkmanlar bu gün faktiki olaraq, param-parça olmuş durumu yaşamaq acısı ilə üz-üzədirlər. İraq Türkmanlarının yaşadıqları bölgələr PKK, PYD, PEJAK, HDP, DKP  tipli kürd terrorçularının, İŞID, DAEŞ, Hezbollah, Cundullah, Əl Kaidə və başqa radikal islamçı qruplaşmaların, ərəb milliytəçilərinin BƏƏS tipli silahlı birlikləri tərəfindən daim savaş meydanlarına çevrilmişdir. Bu gün İraq hökuməti Türkiyə ilə uzlaşan siyasi-iqtisadi əlaqələrini inkişaf etdirmək üçün, İraq Türkmanlarının işğal altındakı bölgələrini azad etmək üçün hərəkətə keçmək zorunda qalıb. 

Xudaferin.eu

 

10:51