Dəniz duzunun unikal keyfiyyətləri

 

Unikal məhsullardan olan dəniz duzunun faydalı xüsusiyyətləri yüz illər əvvəl aşkar edilib. Dəniz sahili ölkələrdə yaşayanların orta zolaqda yaşayanlara nisbətən soyuqdəymə və iltihabi xəstəliklərə daha az tutulmaları dəniz duzunun antiseptik təsiri ilə əlaqələndirilir. Yaponların uzunömürlülük sirlərindən birinin də dəniz duzunun xüsusiyyətlərində olduğu söylənilir.

Xörək duzunun tərkibi yalnız natrium xloriddən ibarət olduğu halda dəniz duzu kimyəvi elementlər cədvəlinin az qala yarısını özündə birləşdirir. Dəri xəstəliyi və ekzeması olanların ondan istifadə etməsinə icazə verilmir. Qidalanmada mütəmadi istifadəsi vitamin-mineral kompleksinin qəbuluna bərabər tutulur. Xörək duzundan fərqli olaraq dəniz duzu mayenin orqanizmdə ləngiməsi və ödemlərə səbəb olmur. Hipertoniklərin ondan istifadəsi çox əlverişlidir. Zökəm, haymorit, angina kimi xəstəliklərdə onun suda məhlulu ilə burun boşluğunu yumaq və qarqara etmək çox faydalıdır. Osteoxondroz və artritlər zamanı ev şəraitində dəniz duzu ilə vannalar qəbul etmək səmərəli nəticələr verir. Hərarəti 42 dərəcədən yüksək olmayan su ilə doldurulmuş qaba 2 kiloqram dəniz duzu əlavə edilərək 15 dəqiqə vanna qəbul olunur. Vannanın mütəmadi qəbul edilməsi oynaqlardakı iltihabi əlamətləri, ağrı və şişkinliyi azaldır. Sinir-psixi xəstəliklər zamanı da axşamlar vanna qəbul edilməsi məsləhət görülür.

Dəniz duzunun gümrahlaşdırıcı təsiri səhərlər bir fincan qəhvəni əvəz edə bilər. Yenidoğulmuşlarda raxitin profilaktikası və doğuş zamanı travma almış körpələri 34-35 dərəcəli ilıq vannaya salmaq ideal vasitə sayılır. Haymorit, rinit və ya zökəm zamanı burun boşluğunu yumaq üçün 1 stəkan qaynadılmış ilıq suya 1 çay qaşığı dəniz duzu qatılaraq angina, soyuqdəymə, boğaz ağrısı və boğazda qıcıqlanma zamanı qarqara edilir.

Xudaferin.eu

06:05