Dəməşqdə partlayış zamanı ölənlərin sayı 31-ə çatdı – YENİLƏNİB

Dəməşqdə Ədalət sarayı qarşısında partlayış zamanı ölənlərin sayı 31-ə çatdı, ən azı 60 nəfər yaralanıb. 

Xudaferin.eu xəbər verir ki, bu barədə Suriyanın ədliyyə nazirinə istinadən “Al Jazeera” telekanalı məlumat yayıb.

Daha öncə SANA agentliyi 25 nəfərin öldüyünə dair məlumat yaymışdı. Suriyanın “Əl-Vətən” qəzetinin məlumatına görə, partlayışı terrorçu-kamikadze binanın girişində polis əməkdaşları onu saxlamaq istərkən törədib. 

Partlayışa görə, məsuliyyəti hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib. 

Xudaferin.eu

17:56