Dəmirtaş üçün 43 ildən 142 ilə qədər həbs istənildi

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində ittiham aktı açıqlanıb. “Milliyet” qəzeti xəbər verir ki, sənəddə Diyarbakır Prokurorluğunun apardığı isintaq tədbirləri çərçivəsində həbs olunan müxalif siyasi liderin 43 ildən 142 ilə qədər azadlıqdan məhrum edilməsi istənilir. İttihamnamədə S.Dəmirtaşın PKK/KCK terror təşkilatının siyasi qanadından məsul şəxs olduğu, həmçinin DTK-da da rəhbər şəxs kimi fəaliyyət göstərdiyi qeyd edilib. Sənəddə HDP həmsədrinə qarşı “Terror təşkilatını idarə etmək və onun təbliğatını aparmaq”, “Yığıncaq və nümayişlər haqqında” qanunun əleyhinə çıxmaq, “Xalqı qanunlara əməl etməməyə təhrik etmək” və s. ittihamlar irəli sürülüb. Xəbərdə həmçinin S.Dəmirtaşın yaxın günlərdə hakim qarşısına çıxarılacağı vurğulanıb.

Qeyd edək ki, HDP bir partiya olaraq, Türkiyədə etnik separatizmi dəstəkləməklə daha ciddi xəyanət yolunu tutmuşdu. Özəlliklə də ölkənin ərazi bütünlüyünə qarşı çox ciddi təhdidlər etməklə bir sıra addımlar atmaq uşun təbliğatlar da aparırdı.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”  

11:42