Diqqətli olun: “Azəriqaz”dan əhaliyə “sürpriz"

İlham Şaban: “Vətəndaş yığılan köhnə borcunu köhnə tariflə də ödəməlidir”

“Azəriqaz”maraqlı  qərar qəbul edib. Belə ki borcları yeni tariflə hesablayıb. Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər sürprizlə qarşılaşıb.
Borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən “Azqazservis”-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifadə olunan qazın 1700 kubmetri 10 qəpikdən, qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub. Tarif Şurası bu qərarın düzgün olmadığı barədə açıqlama versə də “Azəriqaz” qərarını dəyişməyib və vətəndaşları soymaqda israrlıdır.
 “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Tarif Şurasının açıqlamasında göstərilir ki, yığılan borclar köhnə tariflə ödənməlidir: “Yəni, burda yeni tarifin tətbiqinə yol verilə bilməz. Hökumət bu qərarla mövcud məsələnin tənzimlənməsini ortaya qoyur. Hansısa nəzarətçinin umacağı sayəsində borclu insanlara vəziyyəti başqa cür izah etməsi və tələb etməsi qanunun tələbinə ziddir”. Ekspert onu da diqqətə çatdırıb ki, vətəndaş yığılan köhnə borcunu köhnə tariflə də ödəməlidir: “Bununla da məsələ həllini tapmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info

12:12