Diktator Bəşər Əsədin “Sarin”dən 10 dəfə zəhərli kimyəvi silahı var

 

“Əsəd rejimi Sarin qazından 10 dəfə təhlükəli silaha sahibdir”. Bu barədə “Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı” müfəttişlərinin apardıqları araşdırmalar zamanı çox ilginc faktlar üzə çıxmışdır. Adı çəkiən qurumun 2015-ci ildə Suriyanın bir ərazisində apardığı yekun araşdırmaların nəticəsi bunu deməyə əsas verib ki, diktator Bəşər Əsəd rejimininin “Sarin” qazından 10 dəfə daha təhlükəli olan kimyəvi silaha sahib olduğunu açıqlayıb. Hələ 2013-cü ildə başkənd Dəməşqə məxsus özəl ərazislərdə 1400 nəfərin öldürülməsindən sonra Bəşər Əsəd rejimi 1300 ton kimyəvi silahı təslim etməyə razılıq verib. Lakin görünən odur ki, diktator Bəşər Əsəd rejimi hələ də verdiyi sözlərinə əməl etməyib.

Aparılan araşdırmalar zamanı o da  bəlli olub ki, Bəşər Əsəd rejimi daha zəhərli olduğu hesab edilən “VX” kimyəvi silahından istifadə edir. Bu kimyəvi silahın digərlərindən əsas fərqi uzun müddət havada qalaraq təsirini saxlaya bilməsidir.
Qeyd edək ki, Suriya rejimi “Sarin” qazı ilə etdiyi hücumda 20 azyaşlı dünyasını dəyişib, 100-lərlə insan ağır yaralanıb. Diktator Bəşər Əsəd rejiminin indiki halda ən yaxın və strateji müttəfiqi əsasən İran mollakratiya rejimi hesab olunur. Suriyada İran mollakratiya rejiminə məxsus 50 min nəfərdən çox terrorçu hərbi qruplaşmalar “Hezbollah”çı adı ilə ən qəddar terror eyləmlərində iştirak edirlər. Onların sayəsində 2013-cü ildən etibarən Suriyada başlayan vətəndaş savaşı nədəni olaraq, 1.5 milyondan çox insan qətlə yetirilibdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

06:27