Diaspor lideri Rusiya prezidentinə müraciət etdi

Stavropol diyarında fəaliyyət göstərən “Odlar Yurdu” Regional Milli Mədəni Muxtariyyatı təşkilatının sədri Fəxrəddin Yarıyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə rəsmi məktubla müraciət edib.

Müraciətdə bildirilir ki, Stavropol diyarında yaşayan 18 min nəfər azərbaycanlı həm də Rusiya Federasiyasının vətəndaşlarıdırlar. Bizlər diyarda yaşayan xalqlar arasında etnik mənşəyimizə görə siyahıda səkkizinci yerdəyik. Stavropol diyarında azərbaycanlılar ilk dəfə 1920-ci ildən etibarən icma şəklində məskunlaşıblar. Soydaşlarımız hər zaman özlərini Rusiya Federasiyasının qanunlarına sədaqətli olublar. Biz uzun illərdir diyarımızda yaşayan digər xalqlarla birlikdə sosial, ictimai, mədəni və digər sahələrdə daim fəal olmuşuq. Diyarda yaşayan azərbaycanlı gənclər Rusiya Federasiyasının vətəndaşları kimi əsil vətənpərvərlik duyğuları ilə fəxr edirlər. Biz hər zaman şübhə doğruan və həm də xaricdən təsir vasitəsi kimi həyatımıza daxil olmaq istəyən baxışları rədd etmişik.
Onu da qeyd etmək isrəyirəm ki, istər Rusiyanın, istərsə də Stavropol diyarının müvafiq orqanları ilə sıx əlaqələrimiz sayəsində burada yaşayan bütün millətlərlə və Rus-Kazak təşkilatı ilə çox dərin münasibətlər qurmuşuq. Stavropol diyarının qubernatoru hörmətli Vladimir Vladimirovla, eləcə də diyarın hökuməti, rayon və şəhərlərin yerli hakimiyyətləri və bələdiyyələri ilə sıx əməkdaşlıq edirik.
Biz öz mədəniyyətimizi yüksək şəkildə dəyərləndirərək həm də bunu digər xalqlarla da bölüşürük. Stavropol diyarında mədəniyyətlər arası dialoq şəraitinin yaradılması çox yüksək səviyyədə qurulubdur. Bizlər bu fürsətdən istifadə edərək bir vətəndaş kimi daim yüksək humanizm ideyalarına sədaqətimizi nümayiş etdiririk.
Artıq Rusiya Federasiyasında yaşayan azərbaycanlılar ölkənin və Stavropol diyarının dövlət bayramları və tədbirləri, xalqlararası mədəni əlaqələrin inkişafı prosesində fəal şəkildə iştirak edirik. Bütün bunlar böyük bir ənənəyə çevrilibdir.
Bəzən elə olub ki, xalqlararası ədavətləri süni şəkildə körükləyən antidövlət ünsürlər bir sıra xoşagəlməz aksiyaları həyata keçirmək istəyiblər. Ancaq, çox şükrlər olsun ki, onların cəhdləri boşa çıxıb. Biz hər zaman olduğu kimi, xalqların bərabər hüquqlarının qanun çərçivəsində Rusiya Dövləti vahid ailəsinin üzvü kimi provakasiyalara uymadıq. Çünki, diyarımızda sağlam bir mühit mövcuddur. Yerli hakimiyyət orqanları daim bizləri bu məsələlərdə müdafiə edirlər. Diyarımızda xalqların birlik və bərabərliyi hər birimizin müqəddəs vəzifəsi olduğu üçün bununla qürur duyuruq.

Sizə dərin hörmətlə:
Fəxrəddin Yarıyev 
Stavropol diyarı, “Odlar Yurdu” Regional Milli Mədəni Muxtariyyatı təşkilatının sədri

 

 
“Xudaferin.eu”
RF. Stavropol Diyarının xüsusi müxbir postu   

15:59