Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları seçildi

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 2019-cu il 8-14 iyul tarixlərində Şamaxı şəhərində keçiriləcək Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları seçilib. 
 
Artıq ənənəvi hal almış düşərgədə iştirak üçün 51 ölkədən yüzlərlə gənc müraciət edib. Müraciət edənlərin içərisindən 110 gənc düşərgədə iştirak hüququ qazanıb.
 
2019-cu ilin ölkəmizdə “Nəsimi ili” olmasını nəzərə alaraq, dahi Azərbaycan mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platformada birləşdirmək və Azərbaycanla daha yaxından tanış etməkdir.
 
Avstraliyanın Sidney şəhərində yaşayan həmyerlimiz Ülvi Musayev də yay düşərgəsinə seçilənlər arasındadır.
 
Ülvi Musayev Bakıda Azərbaycan Texniki Universitetinin mühəndislik falültəsinin bakalavr məzunu olduqdan sonra İstanbulun Texnik Universitetinə daxil olub və oranı bitirib. Daha sonra təhsilini təkmilləşdirmək məqsədilə 6 ay Macarıstanda təcrübə keçib və yenidən İstanbula qayıdaraq həmkarları ilə birlikdə startap layihəsi hazırlayıb. Layihəni Çili dövləti bəyənərək onları öz ölkəsinə dəvət edib. Ülvi Müsayev 1 il Çilinin San-Tyaqo şəhərində startap layihəsi üzrə işləyib. Daha sonra Avsytraliyanın Sidney şəhərində operation- menecer işinə dəvət alaraq Sidney şəhərinə köçüb. Hazırda Ülvi Musayev Sidney şəhərində yaşayır və çalışır.
 
xudaferin.eu

14:37