Deputat Vahid Əhmədov Milli Məclisdə bank rəhbərləri ilə görüş keçirməyi təklif edib.

 

Millət vəkili Vahid Əhmədov Milli Məclisin plenar iclasında təklif edib ki, parlamentin ya komitə, ya da plenar iclasında bank rəhbərləri ilə görüşlər keçirilsin.

O, qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda bank sektorunun sağlamlaşdırılacağına ümid var idi. "Təəssüf ki, bunun şahidi olmadıq. Banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu, Azərbaycanın maliyyə bazarı üçün ciddi prosesdir", deyə o bildirib. Deputat bildirib ki, bir sıra təkliflər var və onlar bank rəhbərləri ilə müzakirə edilməlidir. "Faizlər çox yüksəkdir və əhali kreditləri qaytara bilmir", deyə deputat bəyan edib

TURAN İA

11:25