“Dekabrda inflyasiyanı kağızda 2-3 % aşağı "çəkəcəklər"

 

“Bir neçə gündür ki, mətbuatda "sevindirici xəbər", "nəhəyət ki, baş verdi", başlıqları altında 2018-ci ildə maaş və təqaüdlərin artacağı xəbərləri yayılır”. Bu barədə REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli “feysbuk” səhifəsində qeyd edib.

“İllərdir ki, belə qayda var”

Cəfərli xatırladıb ki, ölkə qanunlarına görə hər ilin yanvar ayında ötən ilin rəsmi inflyasiya göstəricilərinə uyğun maaş və təqaüdlərdə indekləşmə aparılır: “İllərdir ki, belə qayda var, bu ilin ilk 8 ayının rəsmi rəqəmlərinə görə ölkədə inflyasiya 14%-dir, dekabrda hansı göstərici olacaqsa, o faiz nisbətində də minimum təqaüd və minimum maaş indeksləşdiriləcək, onlara uyğun da ümumi hesablamalar aparılacaq”.

“Yanvardan 10-11% indeksləşmə olacaq”

“Mən əgər müəllimlərin düşüncəsini doğru çözmüşəmsə, dekabrda inflyasiyanı kağızda 2-3% aşağı "çəkəcəklər" (daha az artım etsinlər deyə), yanvardan 10-11% indeksləşmə olacaq. Bundan başqa maaş və təqaüdlərdə heç bir artım nəzərdə tutulmayıb”, - deyə iqtisadçı bildirib.

Şamo,
Hurriyyet.org

 

12:04