DEAŞ-ın "ikinci adamı" hava hücumunda öldürüldü

 

İraqda terror təşkilatı DEAŞ-ın "ikinci adamı" kimi tanınan Həmid əl-Cumeyli İraq Hərbi Hava Qüvvələri tərəfindən təşkil olunan hava hücumunda öldürüldü.

İraq dövlət televiziyası məlumatın İraq Hərbi Hava Qüvvələrindən alındığını bildirdi.

Məlumatda:"Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Hərbi Kəşfiyyat İdarəsindən alınan məlumatlar əsasında Enbar şəhərinin Əl-Qaim rayonunda DEAŞ rəhbərlərinin yerləşdiyi qərargahı vurdu. Hücum nəticəsində Əbu Bəkr əl-Bağdadidən sonra təşkilatın "ikinci adamı" sayılan və "Müharibə naziri" vəzifəsini icra edən Həmid əl-Cumeyli adlı şəxs öldürüldü. Hücumda öldürülənlər arasında Qaim rayonununun hərbi işləri üzrə və rayonun inzibati işləri üzrə məsul şəxsləri də var" deyilir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

05:38