Ədəbiyyat Tarixin göz yaşlarıdır…

Mehriban Vəzirin yenicə çapdan çıxmış`Səyyarə Xanım və Ferens List` tarixi romanı 200 il öncə almanların Azərbaycanda məskunlaşması tarixinə həsr edilib.

İlk dəfə olaraq ədəbiyyata gətirilmiş bu mövzu almanların Gəncəbasarda – Helenendorfda keçən mədəni və iqtisadi həyatlarından, siyasi və ictimai vəziyyətlərindən, yüksəlişlərindən və iztirablarından, eləcə də yerli əhali ilə qonşuluq və dostluq münasibətlərindən bəhs edir.

Əsər Alman-Azərbaycan xalqlarının tarixi dostluq əlaqələrinin qaranlıq qalmış daha bir səhifəsini vərələyərək 19-cu əsrin əvvəllərində azadlıq və rifah üçün Qafqaza – Azərbaycana köç edən almanların mədəni-mənəvi həyatının mənzərəsini yaradır.

Məlum olduğu kimi rus imperiyası 19-cu əsrdə xüsusi məqsədlərlə Azərbaycana yönəltdiyi üç istiqamətli – alman, rus, erməni köçlərinin yerləşdirilməsi, himayəsi, üstün zümrəyə çevirməsi üçün çox böyük vəsait xərcləmişdi. Məqsəd, ekpansiya siyasəti, yerli xalqları əzmək, sıxışdırmaq torpaqlarında oyuncaq muxtariyyatlar quraraq konfiliktləri daima diri saxlamaq idi.

Lakin almanlar, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı ilə heç zaman qarşıdurmaya getmədilər, daima sülh, işbirliyi və anlayış içində keçindilər. Ümumiyətlə, almanlar heç bir dönəmdə rus imperiyasının Qafqaz siyasətindəki istila rəzalətlərinə bulaşmadılar. Ermənilər kimi rus oyuncağına, ekpansiya alətinə çevrilmədilər.

Almanların bu nəcib davranışı imperiyanın xərcləmiş olduğu məqsədli vəsaitin boşa getməsi demək idi. Bu, inperiya tərəfindən bağışlanmadı.

Rusiyaya, Qafqaza köçürülmüş almanlar zaman keçdikcə əzilən, repressiya edilən, təqib və sürgün edilən, nəhayət, sıxışdırılaraq tamamilə ərazidən çıxarılan bir zümrəyə çevrildi.

Bu tarixi zaman saysız-hesabsız insan talelərini məhv etdi.

`Səyyarə Xanım və Ferens List` tarixi romanı siyasətin qurbanı olmuş insanın acılarını könül təlatümlərini, eşq təlaşlarını  canlandırır. Bir-birinə aşiq olmuş iki nəfərin Səyyarənin və Ferensin nakam eşqindən, Səyyarənin bir ömür davam edən gözləntisindən söhbət açır.

Böyük macar bəstəkarı Ferens Listin Helenendorfa səfəri,  evində qonaq olduğu bir bəyin qızına - Səyyarəyə aşiq olması, ona üzərində `Expectansexpectavi ` – `Usanmadan gözləyəcəyəm` sözləri həkk edilmiş üzük bağışlaması…  gerçək hadisələrdən alınmış, siyasətin amansızca məhv etdiyi bir eşqin dastanıdır.

 

`Səyyarə Xanım və Ferens List` romanı gerçək faktlara söykənərək qəddar siyasətlərin insan taleyindəki qərəzindən bəhsedir…

Qeyd edək ki, Avropada yaşayan həmyerlilərimiz tezliklə kitabı "Azərbaycanın Dostları" Cəmiyyəti vsitəsilə əldə edə biləcəklər.

Xudaferin.eu redaksiyasından

22:53