Daşqın Ağalarlı: Son zamanlar daha çox basqı və təzyiq altında yaşayırıq

 

Jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Tiflisin mərkəzində oğurlanması və 24 saatdan sonra Azərbaycan ərazisində tapılması insan haqları müdafiəçiləri və jurnalistlər arasında Gürcüstanın bundan sonra siyasi dissidentlər üçün təhlükəsiz yer olub-olmayacağı ilə bağlı sualların yaranmasına səbəb olub.

 

Mayın 21-də Tiflis Apellyasiya Məhkəməsi azərbaycanlı siyasi fəal Daşqın Ağalarlının Gürcüstanda oturum hüququnu ləğv edilib. Məhkəmənin qərarına əsasən, o, bir ay müddətində Gürcüstanda qala bilər. Mayın 29-da Tiflisdə oğurlanmasından bir neçə gün əvvəl Amerikanın Səsinə müsahibəsində Əfqan Muxtarlı Daşqın Ağalarlının Gürcüstandan Azərbaycana deportasiya olunmaq təhlükəsi qarşısında ola biləcəyini qeyd edib.

Əfqan Muxtarlının bildirdiyinə görə, hazırda Gürcüstanda Azərbaycandan çox sayda keçmiş siyasi fəallar, jurnalistlər və qeyri-hökumət təşkilatlarının üzvləri yaşayır. O, Gürcüstanda son parlament seçkilərindən sonra siyasi fəallar üçün mühitin təhlükəsiz olmadığını bildirib. Daşqın Ağalarlı “Amerikanın Səsi” radiosuna verdiyi müsahibəsində Əfqan Muxtarlının işindən və özünün hazırkı durumundan danışıb.

Amerikaninsesi.org

 

09:52