Daşkənddəki diasporumuzun iki üzvü Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb

Xalqlar Dostluğu Günü münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev millətlərarası dostluq və sabitliyin möhkəmlənməsində, milli mədəniyyətlərin, adət-ənənələrin qorunmasında və inkişafında, xarici dövlətlərlə mədəni-humanitar münasibətlərin yeni səviyyəyə qaldırılmasında, beynəlxalq aləmdə Özbəkistanın sülhsevər və humanist siyasətinin geniş təbliğində, gənc nəslin Vətənə sədaqət və məhəbbət ruhunda tərbiyə olunmasında xidmətlərinə görə istehsalat, elm, mədəniyyət, incəsənət xadimlərinə, azsaylı xalqların nümayəndələrinə ölkənin yüksək mükafatlarının verilməsi ilə bağlı Fərman imzalayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, “Dostluq” ordeni alanlar arasında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və mərkəzin aktiv üzvü İlham Abdullayev də var.

 

Qulu Kəngərli

Xudaferin.eu


 

16:15