Daşkənddə keçirilən “Xalqların adət-ənənələri” festivalında Azərbaycan da təmsil olunub

 

Daşkəndin Dəmiryol və Nəqliyyat Kollecində “Xalqların adət-ənənələri” adlı festival keçirilib. Tədbirdə Daşkənddəki milli mədəniyyət mərkəzləri iştirak edib, onlar öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini nümayiş etdiriblər.
 

Festivalda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Mədəniyyət mərkəzi üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ölkəmizin tarixi, mədəniyyəti, incəsənətindən bəhs edən nəşrlər, kitablar, həmçinin suvenirlərimiz nümayiş etdirilib. Tədbirdə AMM-in nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib. Festivalın sonunda AMM və “Azərbaycan qızları” uşaq rəqs ansamblı da diplom alanlar sırasında olub.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

14:46